https://sputnik.az/20230727/ermeniler-lacin-serhed-buraxilis-menteqesinden-ermenistana-kecibler-457185408.html
Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçiblər
Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçiblər
Sputnik Azərbaycan
Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə... 27.07.2023, Sputnik Azərbaycan
2023-07-27T13:34+0400
2023-07-27T13:34+0400
2023-07-27T13:34+0400
siyasət
laçın
laçın rayonu
ermənilər
ermənistan
beynəlxalq qırmızı xaç komitəsi
xankəndi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_0:31:587:361_1920x0_80_0_0_57a0e9123921d3a9c950e2d3c9a9c6d0.jpg
BAKI, 27 iyul — Sputnik. Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub. Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub. Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində "humanitar yük" adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
https://sputnik.az/20230727/borrelin-aciqlamasina-azerbaycanda-sert-reaksiya-gedib-basini-divara-vursun-457183099.html
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_33:0:554:391_1920x0_80_0_0_a98ab73d4ffe4f325fcf6bda76e838bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, laçın rayonu, ermənilər, ermənistan, beynəlxalq qırmızı xaç komitəsi, xankəndi
laçın, laçın rayonu, ermənilər, ermənistan, beynəlxalq qırmızı xaç komitəsi, xankəndi
Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçiblər
Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub.
BAKI, 27 iyul — Sputnik. Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib.
Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.
Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub.
Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində "humanitar yük" adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.