https://sputnik.az/20230727/borrelin-aciqlamasina-azerbaycanda-sert-reaksiya-gedib-basini-divara-vursun-457183099.html
Borrelin açıqlamasına Azərbaycanda sərt reaksiya: Gedib başını divara vursun
Borrelin açıqlamasına Azərbaycanda sərt reaksiya: Gedib başını divara vursun
Sputnik Azərbaycan
Zərdüşt Əlizadə deyib ki, Beynəlxalq hüquqa görə Xankəndi Azərbaycan ərazisidir və əgər burada yaşayan ermənilər dövləti tanımırlarsa, çıxıb gedə bilərlər. 27.07.2023, Sputnik Azərbaycan
2023-07-27T12:46+0400
2023-07-27T12:46+0400
2023-07-27T12:46+0400
cosep borrel
siyasət
zərdüşt əlizadə
avropa ittifaqı
şarl mişel
xankəndi
qarabağ
laçın dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139710_0:0:3320:1869_1920x0_80_0_0_ea6512535f49650979e00ce17adf85e2.jpg
BAKI, 27 iyul — Sputnik. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qeyd edib, lakin bu, Laçın dəhlizinin açılmasına alternativ deyil. Onun sözlərinə görə, Brüssel "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə humanitar vəziyyətdən narahatdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti 7 aydan çoxdur ki, əngəllənir. "Dərmanlar və zəruri mallar ya çatmır, ya da ümumiyyətlə yoxdur. Bu da yerli əhali üçün ağır nəticələrə gətirib çıxarır. Azərbaycan hakimiyyəti Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına ən qısa zamanda təminat verməyə və gərginliyin daha da artmasının qarşısını almağa borcludur" - Borrell deyib. Borrellin iddasına görə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bölgədəki fəaliyyətinə ciddi zərbə vurulub. İndi o, tibbi evakuasiya və humanitar yardımın çatdırılması prosesinin tam bərpa edilməsinə çağırıır. Borrellin bəyanatda o da vurğulanır ki, "humanitar yardım məsələsi heç bir aktor tərəfindən siyasiləşdirilməməlidir". Avropa İttifaqının və xüsusən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini fəal dəstəklədiyini, həmçinin Bakı ilə Xankəndi arasında dialoqun təşviqində iştirakını vurğulayan Borrell deyib ki, bu, həm də "bütün tərəflərin danışıqların nəticələrinə sadiqliyini" və ümumi maraqlara, qarşılıqlı etimada əsaslanan gələcəyə bağlılığını tələb edir. Borrellin fikirlərini Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə şərh edib. Zərdüşt Əlizadə bildirib ki, Borrell bu açıqlamanı veribsə, gedib başını divara vursun: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Beynəlxalq hüquqa görə Xankəndi Azərbaycan ərazisidir və əgər ərazimizdə yaşayan insanlar dövlətimizi tanımırlarsa, buradan çıxıb gedə bilərlər. İstənilən dövlət öz sərhədləri üzərində suveren hüquqlara malikdir. Onu açmaq ya da bağlamaq həmin dövlətin hüququdur. Kimi istəyər buraxar, kimi istəməz buraxmaz. Biz öz ərazimiz üzərində qayda-qanun yaratmışıq".
https://sputnik.az/20230727/azerbaycan-xn-cozep-borelin-yanasmasini-teessufle-qarsilayib-457180449.html
laçın dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139710_313:0:3044:2048_1920x0_80_0_0_0b1c8dbf56cd0545fe842c640ec56838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cosep borrel , zərdüşt əlizadə, avropa ittifaqı, şarl mişel, xankəndi, qarabağ, laçın dəhlizi
cosep borrel , zərdüşt əlizadə, avropa ittifaqı, şarl mişel, xankəndi, qarabağ, laçın dəhlizi
Borrelin açıqlamasına Azərbaycanda sərt reaksiya: Gedib başını divara vursun
Zərdüşt Əlizadə deyib ki, Beynəlxalq hüquqa görə Xankəndi Azərbaycan ərazisidir və əgər burada yaşayan ermənilər dövləti tanımırlarsa, çıxıb gedə bilərlər.
BAKI, 27 iyul — Sputnik. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qeyd edib, lakin bu, Laçın dəhlizinin açılmasına alternativ deyil. Onun sözlərinə görə, Brüssel "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə humanitar vəziyyətdən narahatdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti 7 aydan çoxdur ki, əngəllənir.
"Dərmanlar və zəruri mallar ya çatmır, ya da ümumiyyətlə yoxdur. Bu da yerli əhali üçün ağır nəticələrə gətirib çıxarır. Azərbaycan hakimiyyəti Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına ən qısa zamanda təminat verməyə və gərginliyin daha da artmasının qarşısını almağa borcludur" - Borrell deyib.
Borrellin iddasına görə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bölgədəki fəaliyyətinə ciddi zərbə vurulub. İndi o, tibbi evakuasiya və humanitar yardımın çatdırılması prosesinin tam bərpa edilməsinə çağırıır.
Borrellin bəyanatda o da vurğulanır ki, "humanitar yardım məsələsi heç bir aktor tərəfindən siyasiləşdirilməməlidir". Avropa İttifaqının və xüsusən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini fəal dəstəklədiyini, həmçinin Bakı ilə Xankəndi arasında dialoqun təşviqində iştirakını vurğulayan Borrell deyib ki, bu, həm də "bütün tərəflərin danışıqların nəticələrinə sadiqliyini" və ümumi maraqlara, qarşılıqlı etimada əsaslanan gələcəyə bağlılığını tələb edir.
Borrellin fikirlərini Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə şərh edib.
Zərdüşt Əlizadə bildirib ki, Borrell bu açıqlamanı veribsə, gedib başını divara vursun: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Beynəlxalq hüquqa görə Xankəndi Azərbaycan ərazisidir və əgər ərazimizdə yaşayan insanlar dövlətimizi tanımırlarsa, buradan çıxıb gedə bilərlər. İstənilən dövlət öz sərhədləri üzərində suveren hüquqlara malikdir. Onu açmaq ya da bağlamaq həmin dövlətin hüququdur. Kimi istəyər buraxar, kimi istəməz buraxmaz. Biz öz ərazimiz üzərində qayda-qanun yaratmışıq".