Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səudiyyə Ərəbistanı yerli klublara təxminən 20 milyard avro ayırıb

© AFP 2024 / PATRICIA DE MELO MOREIRA"Əl-Nəsr" klubunun futbolçusu
Əl-Nəsr klubunun futbolçusu - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Jurnalist Fabrisio Romano Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçu Kilian Mbappeni rekord məbləğdə 300 milyon avroya almaq üçün PSJ-yə rəsmi təklif göndərildiyini bildirib.
BAKI, 25 iyul — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti 2030-cu ilə qədər futbol transferləri üçün yerli klublara təxminən 20 milyard avro ayırıb. Bu barədə jurnalist Ben Yakobs Tvitter hesabında yazıb.
Daha əvvəl jurnalist Fabrisio Romano Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçu Kilian Mbappeni rekord məbləğdə 300 milyon avroya almaq üçün PSJ-yə rəsmi təklif göndərildiyini bildirib. Media həmçinin Səudiyyə klubunun Mbappeyə illik 700 milyon avro maaşla müqavilə təklif etməyə hazır olduğunu, gələn yay isə futbolçunun Madrid "Real"ına buraxılacağını bildirib.
Mənbənin sözlərinə görə, futbol transferlərinin dövlət tərəfindən maliyyələşdirilməsi Səudiyyə Ərəbistanının İdman Nazirliyi tərəfindən həyata keçirilir.
2022-ci ilin sonunda reklam müqavilələri də daxil olmaqla ildə 200 milyon avrodan çox qazanan portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib. O vaxtdan bəri Səudiyyə Ərəbistanı çempionatı bir sıra oyunçuları, o cümlədən "Qızıl top"un qalibi Kərim Benzema, Roberto Firmino, Malkolm, N'Qolo Kanteni transfer edib.
Xəbər lenti
0