https://sputnik.az/20230724/vasinqton-yaxin-serqde-musbet-dinamikani-pozmaga-calisir---ran-xn-457076571.html
Vaşinqton Yaxın Şərqdə müsbət dinamikanı pozmağa çalışır - İran XİN
Vaşinqton Yaxın Şərqdə müsbət dinamikanı pozmağa çalışır - İran XİN
Sputnik Azərbaycan
ABŞ anti-İrana sanksiyaları ləğv etməmək üçün bəhanələr gəzir
2023-07-24T22:47+0400
2023-07-24T22:47+0400
2023-07-25T13:44+0400
vaşinqton
dünya xəbərləri
iran
nüvə
nüvə sazişi
tehran
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426346960_0:0:3076:1731_1920x0_80_0_0_6d2a562372e2a37d1330b2b71a9e1a25.jpg
BAKI, 24 iyul — Sputnik. ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA və ya "nüvə sazişi") ilə bağlı İrana qarşı əsassız iddiaları ilə İslam Respublikasının regionda gördüyü müsbət dinamikanı pozmağa çalışır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani həftəlik mətbuat konfransında deyib. "ABŞ hökuməti JCPOA ilə bağlı mövcud vəziyyətə və onun icrası prosesindəki uğursuzluqlara görə məsuliyyət daşıyır. Regional sferada biz region ölkələri arasında danışıqlar prosesinin formalaşmasında müsbət tendensiya müşahidə edirik. Əsassız iddialarla ABŞ hökuməti bu müsbət dinamikanı pozmağa çalışır", - deyə Naser Kənani bildirib. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, ABŞ hökumətinin siyasi iradəsi olarsa, tərəflər JCPOA-ya qayıda və danışıqları başa çatdıra bilərlər. 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaltdığını elan edib. Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230724/ran-xn-den-azerbaycan-ermenistan-sulh-danisiqlarina-munasibet-457076166.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426346960_316:0:3045:2047_1920x0_80_0_0_a78306ed853628e0abf53ee002d3fc19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran abş sanksiya
Vaşinqton Yaxın Şərqdə müsbət dinamikanı pozmağa çalışır - İran XİN
22:47 24.07.2023 (Yenilənib: 13:44 25.07.2023) İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, ABŞ hökumətinin siyasi iradəsi olarsa, tərəflər JCPOA-ya qayıda və danışıqları başa çatdıra bilərlər.
BAKI, 24 iyul — Sputnik. ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA və ya "nüvə sazişi") ilə bağlı İrana qarşı əsassız iddiaları ilə İslam Respublikasının regionda gördüyü müsbət dinamikanı pozmağa çalışır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani həftəlik mətbuat konfransında deyib.
"ABŞ hökuməti JCPOA ilə bağlı mövcud vəziyyətə və onun icrası prosesindəki uğursuzluqlara görə məsuliyyət daşıyır. Regional sferada biz region ölkələri arasında danışıqlar prosesinin formalaşmasında müsbət tendensiya müşahidə edirik. Əsassız iddialarla ABŞ hökuməti bu müsbət dinamikanı pozmağa çalışır", - deyə Naser Kənani bildirib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, ABŞ hökumətinin siyasi iradəsi olarsa, tərəflər JCPOA-ya qayıda və danışıqları başa çatdıra bilərlər.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaltdığını elan edib.
Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.