https://sputnik.az/20230724/ran-xn-den-azerbaycan-ermenistan-sulh-danisiqlarina-munasibet-457076166.html
İran prezidenti: Qafqaz ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etmirik
İran prezidenti: Qafqaz ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etmirik
Sputnik Azərbaycan
İran prezidenti Bakı və İrəvan arasında sülh istəyir
2023-07-24T20:24+0400
2023-07-24T20:24+0400
2023-07-24T20:36+0400
iran
siyasət
ermənistan
prezident ilham əliyev
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452193897_0:131:2500:1537_1920x0_80_0_0_0c45c8c6f532a8177c3a86604e671652.jpg
BAKI, 24 iyul — Sputnik. Tehran Bakı və İrəvan arasında sülh danışıqlarını dəstəkləyir.Bunu İslam Respublikasının prezidenti İbrahim Rəisi Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşdə bildirib.O, eyni zamanda, İranın bütün Qafqaz ölkələrinin ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişdirilməsini qəbul etmədiyini qeyd edib.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 23-də Tehrana səfər edib. O, iyulun 24-də iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb.***İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayır və Qafqazda sülhün bərqərar olması üçün öz imkanlarından istifadə etməyə hazırdır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bazar ertəsi həftəlik mətbuat konfransında deyib. "Biz hərtərəfli və qalıcı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayırıq. İnanırıq ki, regionda sabitliyin möhkəmləndirilməsi regionun və onun ölkələrinin xeyrinədir. İran Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün öz imkanlarından istifadə etməyə hazırdır", - Fars xəbər agentliyi Kənanidən sitat gətirib. 2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Bu il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvanın tanımağa hazır olduğu Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə Qarabağ ərazisi də daxildir. Azərbaycan lideri İlham Əliyevin bəyan edib ki, İrəvan öz mövqeyini dəyişməsə, Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh müqaviləsi imzalaya bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230724/tehranda-ran-ve-ermenistanin-xn-bascilari-neyi-muzakire-edibler-457075694.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452193897_139:0:2362:1667_1920x0_80_0_0_68b83a2dd6ae93408e4887b377aba735.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəisi iran tehran bakı irəvan qafqaz
rəisi iran tehran bakı irəvan qafqaz
İran prezidenti: Qafqaz ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etmirik
20:24 24.07.2023 (Yenilənib: 20:36 24.07.2023) Rəisi İranın bütün Qafqaz ölkələrinin ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişdirilməsini qəbul etmədiyini deyib.
BAKI, 24 iyul — Sputnik. Tehran Bakı və İrəvan arasında sülh danışıqlarını dəstəkləyir.
Bunu İslam Respublikasının prezidenti İbrahim Rəisi Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşdə bildirib.
O, eyni zamanda, İranın bütün Qafqaz ölkələrinin ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişdirilməsini qəbul etmədiyini qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 23-də Tehrana səfər edib. O, iyulun 24-də iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb.
İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayır və Qafqazda sülhün bərqərar olması üçün öz imkanlarından istifadə etməyə hazırdır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bazar ertəsi həftəlik mətbuat konfransında deyib.
"Biz hərtərəfli və qalıcı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayırıq. İnanırıq ki, regionda sabitliyin möhkəmləndirilməsi regionun və onun ölkələrinin xeyrinədir. İran Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün öz imkanlarından istifadə etməyə hazırdır", - Fars xəbər agentliyi Kənanidən sitat gətirib.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Bu il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvanın tanımağa hazır olduğu Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə Qarabağ ərazisi də daxildir. Azərbaycan lideri İlham Əliyevin bəyan edib ki, İrəvan öz mövqeyini dəyişməsə, Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh müqaviləsi imzalaya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.