Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbol Federasiyasının rəhbərini futbol klubuna prezident qoyublar

© Photo : AZƏRTACFərrux Mahmudov
Fərrux Mahmudov  - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov "Neftçi" Peşəkar Futbol Klubuna rəhbər təyin edilib.
BAKI, 24 iyul — Sputnik. Fərrux Mahmudov "Neftçi" Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.
1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən "ALTÜST Media" MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə "Samsung Electronics Caucasus", "British American Tobacco Azerbaijan", "Azerfon" MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Evlidir, 3 övladı var (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0