Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kilian Mbappe Səudiyyə Ərəbistanından 400 milyon avroluq təklif alıb

© AP Photo / Manu FernandezФинал кубка мира ЧМ-2022
Финал кубка мира ЧМ-2022 - Sputnik Azərbaycan, 1920, 22.07.2023
Abunə olmaq
Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
BAKI, 22 iyul - Sputnik. Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan 400 milyon avroluq müqavilə təklifi alıb.
“Report” xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Fabritsio Romano tviter səhifəsində paylaşıb.
Onun sözlərinə görə, “Əl-Hilal” rəhbərliyi 2 illik müqavilə qarşılığında 25 yaşlı hücumçuya bu məbləği ödəməyə hazırdır. Ərəblər, həmçinin, PSJ-yə də 200 milyon avro təklif göndəriblər.
İspaniyanın “Real Madrid” klubunun da maraq dairəsində olan Fransa millisinin üzvü təkliflərin heç birini hələlik cavablandırmayıb. PSJ qərarsız olduğu üçün onu hətta yay təlim-məşq toplanışına cəlb etməyib.
Qeyd edək ki, Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Xəbər lenti
0