https://sputnik.az/20230721/ozunuzu-ve-yaxinlarinizi-istiden-qoruyun---ust-456982406.html
ÜST-dən xəbərdarlıq: Özünüzü və yaxınlarınızı istidən qoruyun
ÜST-dən xəbərdarlıq: Özünüzü və yaxınlarınızı istidən qoruyun
Sputnik Azərbaycan
ÜST dünya əhalisinə bəyan edib ki, başgicəllənmə, zəiflik, güclü susuzluq və ya baş ağrısı hiss etdikdə dərhal yardım almaq üçün müraciət etsinlər. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T10:55+0400
2023-07-21T10:55+0400
2023-07-21T10:57+0400
isti hava
cəmiyyət
alim
ümumdünya səhiyyə təşkilatı
üst
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443286984_0:342:3030:2046_1920x0_80_0_0_2c6c29762139666b4e3343a81614169a.jpg
BAKI, 21 iyul — Sputnik. "Nature" elmi jurnalında bu yaxınlarda dərc edilmiş məlumatlara görə, ötən il Avropada 60 mindən çox insan ekstremal isti səbəbindən həyatını itirib. Bu rəqəm əvvəlcədən proqnozlaşdırılan göstəricidən üç dəfə çoxdur. Planetimizin istiləşməyə davam etdiyinə görə, bu rəqəm ildən-ilə artacaq. AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Xans Klyuge xəbərdarlıq edib. Onun sözlərinə görə, ekstremal istilik dalğaları bəşəriyyətin iqlim dəyişməsi ilə mübarizədə təcili tədbirlər görməyə borclu olduğuna daha bir sübutdur. Eyni zamanda yüksək temperatur təsiri altına düşən regionun hər bir sakini sağlamlıq üçün ən ciddi fəsadların qarşısını almaq üçün özü və yaxınlarına qayğı göstərməlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhaliyə mütəmadi olaraq hava proqnozunu izləməyi tövsiyə edir. X.Klyuge xatırladıb ki, günün ən isti vaxtında sərin su əlçatan olmalıdır, insanlar küçəyə çıxmamağa və gərgin fəaliyyətlə məşğul olmamağa, kölgədə qalmağa və uşaqları və ya heyvanları park edilmiş nəqliyyat vasitələrində qoymamağa çalışmalıdırlar. "Evinizi sərinlətmək üçün gecə vaxtı pəncərələri açın, gün ərzində qapalı yerlərdə jalüzdən istifadə edərək və havanın istilənməsinə səbəb olan mümkün qədər çox sayda elektrik cihazları söndürərək, istilik yükünü azaldın", – deyə o bildirib. Susuzlaşdırmanın qarşısını almaq üçün kifayət qədər maye qəbul etmək olduqca vacibdir. Ekspertlər, həmçinin yüngül və geniş paltar geyinməyi, uyğun yataq dəstlərindən istifadə etməyi, imkan olduqda mütəmadi olaraq sərin duş və ya vanna qəbul etməyi, eləcə də şirin və spirtli içkilərdən və ya kofein tərkibli içkilərdən çəkinməyi tövsiyə edirlər. Doktor Klyuge regionun sakinlərini özləri və ailə üzvlərinə qayğı göstərməyə, həmçinin mütəmadi olaraq vaxtlarının əksər hissəsini tək-tənha keçirən dostların və qonşuların sağlamlığı ilə maraqlanmağa çağırıb. "Həssas insanların isti günlərdə yardıma ehtiyacı ola bilər. Əgər sizin tanışlarınızdan kimsə risk qrupundadırsa, məsləhət və dəstəyin əldə edilməsində ona köməklik edin", – deyə o təklif edib. Əgər siz və ya sizin yaxınlarınız başgicəllənmə, zəiflik, güclü susuzluq və ya baş ağrısı hiss edirsinizsə – yardım almaq üçün müraciət edin. Mümkün qədər tez bir zamanda sərin yerə keçin, rehidratasiya üçün su için, ən azı 30 dəqiqə ərzində bədən temperaturunu ölçün. Ağrılı əzələ spazmalar yarandıqda, mütəxəssislər dərhal sərin bir yerə keçməyi və tərkibində elektrolitlər olan oral rehidratasiya məhlulu içməyi məsləhət görürlər. İstilik qıcları bir saatdan çox davam edərsə, kömək istəməyiniz tövsiyə olunur. "Qeyri-adi simptomlar hiss edirsinizsə və ya simptomlar davam edərsə, həkimlə məsləhətləşin. İnsanın dərisi isti və qurudursa, o sayıqlayırsa, qıcolma keçirirsə və ya huşu özündə deyilsə, dərhal həkim və ya təcili yardım çağırılmalıdır", - deyə doktor Klyuge xəbərdarlıq edib.
https://sputnik.az/20230718/avropada-50-derece-istinin-olacagi-barede-xeberdarliq-edilib-456902100.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443286984_222:0:2953:2048_1920x0_80_0_0_b296c2a7a03de5f316ca75b3fd366308.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti hava, alim, ümumdünya səhiyyə təşkilatı, üst
isti hava, alim, ümumdünya səhiyyə təşkilatı, üst
ÜST-dən xəbərdarlıq: Özünüzü və yaxınlarınızı istidən qoruyun
10:55 21.07.2023 (Yenilənib: 10:57 21.07.2023) ÜST dünya əhalisinə bəyan edib ki, başgicəllənmə, zəiflik, güclü susuzluq və ya baş ağrısı hiss etdikdə dərhal yardım almaq üçün müraciət etsinlər.
BAKI, 21 iyul — Sputnik. "Nature" elmi jurnalında bu yaxınlarda dərc edilmiş məlumatlara görə, ötən il Avropada 60 mindən çox insan ekstremal isti səbəbindən həyatını itirib. Bu rəqəm əvvəlcədən proqnozlaşdırılan göstəricidən üç dəfə çoxdur. Planetimizin istiləşməyə davam etdiyinə görə, bu rəqəm ildən-ilə artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Xans Klyuge xəbərdarlıq edib.
Onun sözlərinə görə, ekstremal istilik dalğaları bəşəriyyətin iqlim dəyişməsi ilə mübarizədə təcili tədbirlər görməyə borclu olduğuna daha bir sübutdur. Eyni zamanda yüksək temperatur təsiri altına düşən regionun hər bir sakini sağlamlıq üçün ən ciddi fəsadların qarşısını almaq üçün özü və yaxınlarına qayğı göstərməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhaliyə mütəmadi olaraq hava proqnozunu izləməyi tövsiyə edir.
X.Klyuge xatırladıb ki, günün ən isti vaxtında sərin su əlçatan olmalıdır, insanlar küçəyə çıxmamağa və gərgin fəaliyyətlə məşğul olmamağa, kölgədə qalmağa və uşaqları və ya heyvanları park edilmiş nəqliyyat vasitələrində qoymamağa çalışmalıdırlar. "Evinizi sərinlətmək üçün gecə vaxtı pəncərələri açın, gün ərzində qapalı yerlərdə jalüzdən istifadə edərək və havanın istilənməsinə səbəb olan mümkün qədər çox sayda elektrik cihazları söndürərək, istilik yükünü azaldın", – deyə o bildirib.
Susuzlaşdırmanın qarşısını almaq üçün kifayət qədər maye qəbul etmək olduqca vacibdir. Ekspertlər, həmçinin yüngül və geniş paltar geyinməyi, uyğun yataq dəstlərindən istifadə etməyi, imkan olduqda mütəmadi olaraq sərin duş və ya vanna qəbul etməyi, eləcə də şirin və spirtli içkilərdən və ya kofein tərkibli içkilərdən çəkinməyi tövsiyə edirlər.
Doktor Klyuge regionun sakinlərini özləri və ailə üzvlərinə qayğı göstərməyə, həmçinin mütəmadi olaraq vaxtlarının əksər hissəsini tək-tənha keçirən dostların və qonşuların sağlamlığı ilə maraqlanmağa çağırıb. "Həssas insanların isti günlərdə yardıma ehtiyacı ola bilər. Əgər sizin tanışlarınızdan kimsə risk qrupundadırsa, məsləhət və dəstəyin əldə edilməsində ona köməklik edin", – deyə o təklif edib.
Əgər siz və ya sizin yaxınlarınız başgicəllənmə, zəiflik, güclü susuzluq və ya baş ağrısı hiss edirsinizsə – yardım almaq üçün müraciət edin. Mümkün qədər tez bir zamanda sərin yerə keçin, rehidratasiya üçün su için, ən azı 30 dəqiqə ərzində bədən temperaturunu ölçün.
Ağrılı əzələ spazmalar yarandıqda, mütəxəssislər dərhal sərin bir yerə keçməyi və tərkibində elektrolitlər olan oral rehidratasiya məhlulu içməyi məsləhət görürlər. İstilik qıcları bir saatdan çox davam edərsə, kömək istəməyiniz tövsiyə olunur. "Qeyri-adi simptomlar hiss edirsinizsə və ya simptomlar davam edərsə, həkimlə məsləhətləşin. İnsanın dərisi isti və qurudursa, o sayıqlayırsa, qıcolma keçirirsə və ya huşu özündə deyilsə, dərhal həkim və ya təcili yardım çağırılmalıdır", - deyə doktor Klyuge xəbərdarlıq edib.