https://sputnik.az/20230718/avropada-50-derece-istinin-olacagi-barede-xeberdarliq-edilib-456902100.html
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar əhalini mümkün yanğınlar, eləcə də nəqliyyat və enerji infrastrukturlarında... 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T12:56+0400
2023-07-18T12:56+0400
2023-07-18T12:56+0400
isti
dünya xəbərləri
avropa
sahara
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0b/424412474_0:144:3127:1903_1920x0_80_0_0_06546d5c53d4779bf03ebceba39af9eb.jpg
BAKI, 18 iyul — Sputnik. Tezliklə Saharada baş verən istilik partlayışı səbəbindən Avropanın cənub ölkələrində istilər güclənəcək. Bloomberg meteoroloji xidmətə istinadla xəbər verib ki, havanın temperaturu 50 dərəcəyə çatacaq. "Saharada yeni istilik partlayışı Avropa üçün daha da ekstremal şərait yaradır", - nəşr qeyd edib. İtaliyada havanın temperaturunun +50 dərəcəyə qədər yüksələcəyi bildirilir. Eyni zamanda, Avropada temperatur rekordu iki il əvvəl Siciliyada termometr +48 dərəcəyə qədər qalxdığı zaman qeydə alınıb. Qeyd edilib ki, bu dəfə Avropanın bir neçə bölgəsində temperatur göstəriciləri eyni anda yenilənəcək. Hazırda Romada, eləcə də Afina və Madriddə anomal istilər müşahidə olunub. Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar əhalini mümkün yanğınlar, eləcə də nəqliyyat və enerji infrastrukturlarında nasazlıqlar barədə xəbərdar etməyə başlayır. Xatırladaq ki, iyulun ilk həftəsində Yer kürəsində orta temperatur üç dəfə tarixi maksimumu yeniləyərək +17,23 dərəcəyə çatıb. Əvvəlki rekord 2016-cı ilin avqustunda qeydə alınıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0b/424412474_199:0:2928:2047_1920x0_80_0_0_6bd0b4d7b555bbd58643fd65229a3a6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti, avropa, sahara
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib
Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar əhalini mümkün yanğınlar, eləcə də nəqliyyat və enerji infrastrukturlarında nasazlıqlar barədə xəbərdar etməyə başlayır.
BAKI, 18 iyul — Sputnik. Tezliklə Saharada baş verən istilik partlayışı səbəbindən Avropanın cənub ölkələrində istilər güclənəcək.
Bloomberg meteoroloji xidmətə istinadla xəbər verib ki, havanın temperaturu 50 dərəcəyə çatacaq.
"Saharada yeni istilik partlayışı Avropa üçün daha da ekstremal şərait yaradır", - nəşr qeyd edib.
İtaliyada havanın temperaturunun +50 dərəcəyə qədər yüksələcəyi bildirilir. Eyni zamanda, Avropada temperatur rekordu iki il əvvəl Siciliyada termometr +48 dərəcəyə qədər qalxdığı zaman qeydə alınıb. Qeyd edilib ki, bu dəfə Avropanın bir neçə bölgəsində temperatur göstəriciləri eyni anda yenilənəcək.
Hazırda Romada, eləcə də Afina və Madriddə anomal istilər müşahidə olunub. Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar əhalini mümkün yanğınlar, eləcə də nəqliyyat və enerji infrastrukturlarında nasazlıqlar barədə xəbərdar etməyə başlayır.
Xatırladaq ki, iyulun ilk həftəsində Yer kürəsində orta temperatur üç dəfə tarixi maksimumu yeniləyərək +17,23 dərəcəyə çatıb. Əvvəlki rekord 2016-cı ilin avqustunda qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.