https://sputnik.az/20230721/meiset-mehsullarinin-terkibinde-olan-kimyevi-maddeler-immunitete-tesir-edir-456990262.html
Məişət məhsullarının tərkibində olan kimyəvi maddələr immunitetə təsir edir
Məişət məhsullarının tərkibində olan kimyəvi maddələr immunitetə təsir edir
Sputnik Azərbaycan
Onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T23:06+0400
2023-07-21T23:06+0400
2023-07-21T23:06+0400
kimyəvi
elm
ekologiya
https://cdnn1.img.sputnik.az/img/42266/91/422669179_0:0:2048:1153_1920x0_80_0_0_7500c62b6887b1f9dacd6bc4e7857f72.jpg
BAKI, 21 iyul — Sputnik. Helmholtz adına Ekoloji Tədqiqatlar Mərkəzinin alimləri məişət məhsullarının tərkibində olan kimyəvi maddələrin insan orqanizmin immun hüceyrələrinə təsir etdiyini müəyyən ediblər. Bu barədə "Lenta.Ru" "Chemosphere" jurnalında dərc olunan nəticələrə istinadən xəbər verib. PFAS - gündəlik tələb olunan mallarda geniş istifadə olunan sintetik birləşmələr qrupudur. Bu maddələr su və yağ itələyici xüsusiyyətlərə, istilik müqavimətinə malikdir və son dərəcə davamlıdır. Lakin PFAS-ın əsas təhlükələrindən biri onların parçalanmaması, ətraf mühitdə, o cümlədən torpaq və su hövzələrində toplanmasıdır. Əvvəlki tədqiqatlar bu cür birləşmələrin demək olar ki, bütün insanların qanında olduğunu göstərib. Son vaxtlar dünyanın hər yerindən mütəxəssislər PFAS-ın sağlamlığa təsirini anlamaq üçün onu daha diqqətlə öyrənməyə başlayıblar. Artıq onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230716/pehrizle-ariqlayanlara-xeberdarliq-qaraciyer-eksperimentleri-sevmir-456843105.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42266/91/422669179_164:0:1984:1365_1920x0_80_0_0_bfb65471934399463fe7f3d2e28e6d64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kimyəvi, ekologiya
Məişət məhsullarının tərkibində olan kimyəvi maddələr immunitetə təsir edir
Onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib.
BAKI, 21 iyul — Sputnik. Helmholtz adına Ekoloji Tədqiqatlar Mərkəzinin alimləri məişət məhsullarının tərkibində olan kimyəvi maddələrin insan orqanizmin immun hüceyrələrinə təsir etdiyini müəyyən ediblər.
Bu barədə "Lenta.Ru" "Chemosphere" jurnalında dərc olunan nəticələrə istinadən xəbər verib.
PFAS - gündəlik tələb olunan mallarda geniş istifadə olunan sintetik birləşmələr qrupudur. Bu maddələr su və yağ itələyici xüsusiyyətlərə, istilik müqavimətinə malikdir və son dərəcə davamlıdır. Lakin PFAS-ın əsas təhlükələrindən biri onların parçalanmaması, ətraf mühitdə, o cümlədən torpaq və su hövzələrində toplanmasıdır.
Əvvəlki tədqiqatlar bu cür birləşmələrin demək olar ki, bütün insanların qanında olduğunu göstərib. Son vaxtlar dünyanın hər yerindən mütəxəssislər PFAS-ın sağlamlığa təsirini anlamaq üçün onu daha diqqətlə öyrənməyə başlayıblar. Artıq onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.