https://sputnik.az/20230716/pehrizle-ariqlayanlara-xeberdarliq-qaraciyer-eksperimentleri-sevmir-456843105.html
Pəhrizlə arıqlayanlara xəbərdarlıq: Qaraciyər eksperimentləri sevmir
Pəhrizlə arıqlayanlara xəbərdarlıq: Qaraciyər eksperimentləri sevmir
Sputnik Azərbaycan
Mütəxəssislər vahid pəhrizin orqanlara, xüsusən də qaraciyərə zərər verdiyini açıqlayıblar. 16.07.2023, Sputnik Azərbaycan
2023-07-16T09:03+0400
2023-07-16T09:03+0400
2023-07-16T10:38+0400
səhiyyə
qaraciyər
qaraciyər serrozu
hepatit b
hepatit c
piylənmə
qaraciyərin piylənməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992572_0:0:3073:1728_1920x0_80_0_0_ae672a009b0197aebb6d6c4b117d8acb.jpg
BAKI, 16 iyul - Sputnik. Türkiyəli qastroenteroloqlar arıqlamaq üçün ancaq meyvə pəhrizinin təsirli olmayacağını, bunun orqanizmə yan təsirlərinin ola biləcəyini açıqlayıblar. Qaraciyər çatışmazlığı ilə gündəmə gələn və ciyər transplantasiyası etdirməli olan türk aktyor Ufuk Özkan roluna görə arıqlamaq istəyərkən ancaq meyvə yeyib. 2011-ci ildə xərçəngdən dünyasını dəyişən "Apple" şirkətinin icraçı direktoru Stiv Cobsun da xəstəliyə mübtəla olduğu son illərdə yalnız meyvə yediyi bildirilir. Daha sonra Cobsun həyatını oynamağa hazırlanan Eşton Katçerin də uzun müddət meyvə yediyi, sonra isə pankreatitdən əziyyət çəkdiyi mediada əksini tapıb. Heç mütəxəsislər də vahid pəhriz və yalnız meyvə yeməyin düzgün qidalanma üsulu olmadığını bəyan ediblər. Türkiyəli qastroenterologiya mütəxəssisi, Prof. Dr. Kadir Demir deyib ki, vahid pəhriz yoğun bağırsaqda mikrobiota adlanan faydalı bakteriyaların tarazlığını pozur və immunitetimizi aşağı salır. "Bu, xüsusilə qaraciyərdə piylənməyə səbəb ola bilər. Qarğıdalı siropu adlandırdığımız süni dadlandırıcının tərkibində fruktoza var. Bu, qaraciyərdə piylənməyə meyli artırır, serroz və qaraciyər xərçənginə yol açır. Təbii ki, qaraciyərin piylənməsinin yeganə səbəbi bu deyil. Tək meyvə istehlakı qaraciyər serrozuna səbəb olmur. Şübhəsiz ki, bunun altında başqa səbəblər də var. Hepatit B, hepatit C, metabolik xəstəliklər, diabet, alkoqol, piylənmə kimi faktorlar da qaraciyərin sıradan çıxmasına səbəb ola bilər" - deyə mütəxəssis xəbərdarlıq edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992572_0:0:2731:2048_1920x0_80_0_0_9288550005b5a7e367c370e5dceb6b5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaraciyər, qaraciyər serrozu, hepatit b, hepatit c, piylənmə, qaraciyərin piylənməsi
qaraciyər, qaraciyər serrozu, hepatit b, hepatit c, piylənmə, qaraciyərin piylənməsi
Pəhrizlə arıqlayanlara xəbərdarlıq: Qaraciyər eksperimentləri sevmir
09:03 16.07.2023 (Yenilənib: 10:38 16.07.2023) Mütəxəssislər vahid pəhrizin orqanlara, xüsusən də qaraciyərə zərər verdiyini açıqlayıblar.
BAKI, 16 iyul - Sputnik. Türkiyəli qastroenteroloqlar arıqlamaq üçün ancaq meyvə pəhrizinin təsirli olmayacağını, bunun orqanizmə yan təsirlərinin ola biləcəyini açıqlayıblar.
Qaraciyər çatışmazlığı ilə gündəmə gələn və ciyər transplantasiyası etdirməli olan türk aktyor Ufuk Özkan roluna görə arıqlamaq istəyərkən ancaq meyvə yeyib. 2011-ci ildə xərçəngdən dünyasını dəyişən "Apple" şirkətinin icraçı direktoru Stiv Cobsun da xəstəliyə mübtəla olduğu son illərdə yalnız meyvə yediyi bildirilir. Daha sonra Cobsun həyatını oynamağa hazırlanan Eşton Katçerin də uzun müddət meyvə yediyi, sonra isə pankreatitdən əziyyət çəkdiyi mediada əksini tapıb. Heç mütəxəsislər də vahid pəhriz və yalnız meyvə yeməyin düzgün qidalanma üsulu olmadığını bəyan ediblər.
Türkiyəli qastroenterologiya mütəxəssisi, Prof. Dr. Kadir Demir deyib ki, vahid pəhriz yoğun bağırsaqda mikrobiota adlanan faydalı bakteriyaların tarazlığını pozur və immunitetimizi aşağı salır.
"Bu, xüsusilə qaraciyərdə piylənməyə səbəb ola bilər. Qarğıdalı siropu adlandırdığımız süni dadlandırıcının tərkibində fruktoza var. Bu, qaraciyərdə piylənməyə meyli artırır, serroz və qaraciyər xərçənginə yol açır. Təbii ki, qaraciyərin piylənməsinin yeganə səbəbi bu deyil. Tək meyvə istehlakı qaraciyər serrozuna səbəb olmur. Şübhəsiz ki, bunun altında başqa səbəblər də var. Hepatit B, hepatit C, metabolik xəstəliklər, diabet, alkoqol, piylənmə kimi faktorlar da qaraciyərin sıradan çıxmasına səbəb ola bilər" - deyə mütəxəssis xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.