Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yeniyetmə boksçularımız Avropa birinciliyində güclərini sınayacaqlar

© AP Photo / Jae C. Hongboks
boks - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Rumıniyaya bu gün yollanan boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.
BAKI, 19 iyul — Sputnik. İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, doqquz gün davam edəcək yarışa Azərbaycan yığmaları da qatılacaq.
Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq) güclərini sınayacaqlar.
Qız boksçulardan ibarət komandanı isə qitə birinciliyində rinqə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılov çıxaracaq. Onlar yarışda Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədovaya (+80 kq) şans verəcəklər.
Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq.
Rumıniyaya bu gün yollanan boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.
Qeyd edək ki, birincilikdə püşk iyulun 21-də atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0