https://sputnik.az/20230719/sos-saxaradaki-istilik-partlayisi-kimi-tehlukeli-hadiseler-tez-tez-tekrarlanacaq-456924148.html
SOS: Saxaradakı istilik partlayışı kimi təhlükəli hadisələr tez-tez təkrarlanacaq
SOS: Saxaradakı istilik partlayışı kimi təhlükəli hadisələr tez-tez təkrarlanacaq
Sputnik Azərbaycan
Yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşəcəklər. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T08:05+0400
2023-07-19T08:05+0400
2023-07-19T08:05+0400
ümumdünya
dünya xəbərləri
iqlim
qlobal iqlim dəyişikliyi
saxara
bmt
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1b/427059382_0:104:2000:1229_1920x0_80_0_0_905d00994e838b14fbafd79431f99741.jpg
BAKI, 19 iyul — Sputnik. İqlimin istiləşməsi ilə əlaqədar Saxara səhrasındakı istilik partlayışı, fırtınalar, tornadolar və güclü yağıntılar kimi təhlükəli təbiət hadisələri getdikcə daha tez-tez təkrarlanacaq. Bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə bildirib. Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşə bilərlər. Eyni zamanda, Rusiyanın Avropa hissəsinin cənubunda Vilfandın qeyd etdiyi kimi, temperatur normadan 1-3 dərəcə aşağı olacaq. "İqlimin istiləşməsi, bu istilik dalğaları, həddindən artıq isti hava axınları, küləklər, tufanlar, tornadolar, güclü yağışlar kimi getdikcə daha təhlükəli hadisələrlə müşayiət olunacaq" - Vilfand bildirib. O vurğulayıb ki, meteoroloqların vəzifəsi neqativ nəticələri minimuma endirmək üçün belə təhlükəli hadisələr barədə vaxtında xəbərdarlıq etməkdir. Bundan əvvəl BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib. Buna antropogen amil, yəni istixana qazları və təbii amil - okean axınlarının La-Ninyadan El-Ninoya qədər fazalarının dəyişməsi də səbəb olacaq. Belə ki, okean axınlarının fazalarının dəyişməsi təkcə planetdəki orta temperatura deyil, həm də yağıntıların normasına təsir edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230718/avropada-50-derece-istinin-olacagi-barede-xeberdarliq-edilib-456902100.html
ümumdünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1b/427059382_112:0:1889:1333_1920x0_80_0_0_676e485cf829637a2d6d4d8a0db8acc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ümumdünya, iqlim, qlobal iqlim dəyişikliyi, saxara, bmt
ümumdünya, iqlim, qlobal iqlim dəyişikliyi, saxara, bmt
SOS: Saxaradakı istilik partlayışı kimi təhlükəli hadisələr tez-tez təkrarlanacaq
Yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşəcəklər.
BAKI, 19 iyul — Sputnik. İqlimin istiləşməsi ilə əlaqədar Saxara səhrasındakı istilik partlayışı, fırtınalar, tornadolar və güclü yağıntılar kimi təhlükəli təbiət hadisələri getdikcə daha tez-tez təkrarlanacaq.
Bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə bildirib.
Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşə bilərlər. Eyni zamanda, Rusiyanın Avropa hissəsinin cənubunda Vilfandın qeyd etdiyi kimi, temperatur normadan 1-3 dərəcə aşağı olacaq.
"İqlimin istiləşməsi, bu istilik dalğaları, həddindən artıq isti hava axınları, küləklər, tufanlar, tornadolar, güclü yağışlar kimi getdikcə daha təhlükəli hadisələrlə müşayiət olunacaq" - Vilfand bildirib.
O vurğulayıb ki, meteoroloqların vəzifəsi neqativ nəticələri minimuma endirmək üçün belə təhlükəli hadisələr barədə vaxtında xəbərdarlıq etməkdir.
Bundan əvvəl BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib. Buna antropogen amil, yəni istixana qazları və təbii amil - okean axınlarının La-Ninyadan El-Ninoya qədər fazalarının dəyişməsi də səbəb olacaq. Belə ki, okean axınlarının fazalarının dəyişməsi təkcə planetdəki orta temperatura deyil, həm də yağıntıların normasına təsir edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.