https://sputnik.az/20230719/son-sutkada-gurcustanda-uc-zelzele-bas-verib-456952773.html
Son sutkada Gürcüstanda üç zəlzələ baş verib
Son sutkada Gürcüstanda üç zəlzələ baş verib
Sputnik Azərbaycan
Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində... 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T18:10+0400
2023-07-19T18:10+0400
2023-07-19T18:10+0400
zəlzələ
hadisə
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_0:160:3072:1888_1920x0_80_0_0_a0d289a4dbbc24a900ea9a35f44557fc.jpg
BAKI, 19 iyul — Sputnik. İyulun 19-da gecə saatlarında Gürcüstan ərazisində iki zəlzələ baş verib. Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb. İkinci zəlzələ isə 04:54 radələrində qeydə alınıb. 3,1 bal gücündə olan zəlzələnin episentri Kvemo Kartli bölgəsinin Dmanisi bələdiyyəsi ərazisində olub. Qeyd edək ki, iyulun 18-də saat 16:02-də qərbi Gürcüstanın Quriya bölgəsində də 3,6 bal gücündə zəlzələ qeydə alınmışdı.Bu arada AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Xəzər dənizində baş verən zəlzələnin Azərbaycana təsir etməyəcəyini deyib."Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil. Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin", - Rafiqqızı deyib. Xatırladaq ki, iyulun 18-də Xəzər dənizində daha bir zəlzələ baş verib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.Bundan əvvəl də yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 63 km olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230706/bakida-guclu-zelzele-tehlukesi-varmi---taninmis-alim-bu-barede-danisib-456507048.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_171:0:2902:2048_1920x0_80_0_0_b749c8fd56c69975d6323dbce7f02190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, gürcüstan
Son sutkada Gürcüstanda üç zəlzələ baş verib
Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb.
BAKI, 19 iyul — Sputnik. İyulun 19-da gecə saatlarında Gürcüstan ərazisində iki zəlzələ baş verib.
Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb.
İkinci zəlzələ isə 04:54 radələrində qeydə alınıb. 3,1 bal gücündə olan zəlzələnin episentri Kvemo Kartli bölgəsinin Dmanisi bələdiyyəsi ərazisində olub.
Qeyd edək ki, iyulun 18-də saat 16:02-də qərbi Gürcüstanın Quriya bölgəsində də 3,6 bal gücündə zəlzələ qeydə alınmışdı.
Bu arada AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Xəzər dənizində baş verən zəlzələnin Azərbaycana təsir etməyəcəyini deyib.
"Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil. Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin", - Rafiqqızı deyib.
Xatırladaq ki, iyulun 18-də Xəzər dənizində daha bir zəlzələ baş verib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.
Bundan əvvəl də yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 63 km olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.