CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü zəlzələ təhlükəsi varmı? Tanınmış alim bu barədə danışıb

© AFP 2024 / RUSLAN PRYANIKOVSeysmoqraf
Seysmoqraf - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Azərbaycanlı professor Abşeron yarımadasında seysmik aktivliyin uzunmüddətli proqnozunu verib.
BAKI, 6 iyul — Sputnik. Azərbaycanın tanınmış alimi, professor Elçin Xəlilov "Sputnik Azərbaycan"a bildirib ki, Bakıda 6,5 baldan çox güclü zəlzələnin olması ehtimalı yoxdur.
O qeyd edib ki, təbii ki, Xəzər dənizində baş vermiş, Bakıda və bütün Abşeronda, eləcə də Azərbaycanın şimal rayonlarında və Dağıstanda hiss olunan zəlzələ ilə bağlı vəziyyəti izləyir.
Qeyd olunan zəlzələnin episentri Xəzər dənizinin məlum mənbə zonasında yerləşib. Zəlzələnin hiposentri (zəlzələnin mərkəzi nöqtəsi - red.) kifayət qədər dərində - 35 km dərinlikdə yerləşdiyindən bu, Xaçmaz rayonunda da hiss olunub.
Zəlzələnin episentri Xaçmazdan 46 km aralıda olub. Hipomərkəz ilk dəfə 1982-ci ildə Xəlilov tərəfindən kəşf edilmiş superdərin qırılma (Benyoff zonası) daxilində yerləşib.
Bu, Abşeron astanasının altında şimal-şərq istiqamətində batan seysmofokal müstəvidir (zəlzələ mənbələrinin maili şəkildə dərinliyə gedən sistemi - red.).
Elçin Xəlilov, arxiv
Эльчин Халилов - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Elçin Xəlilov, arxiv
Professorun sözlərinə görə, Xəzər dənizində və Böyük Qafqazın Şərq hissəsində baş verən bütün güclü zəlzələlərin 90%-i bu zona ilə bağlıdır. O, relikt subduksiya zonasını (litosfer plitələrinin sərhəddində olan boyu yer qabığının bəzi blokları digərlərinin altına çökdüyü xətti zona, - red.), yəni Cənubi Xəzər mikrolitinin on milyonlarla il boyu Turan kontinental plitəsi altına batmağa davam edən okean quruluşlu zonasını əks etdirir.

"Hazırda qlobal planetar seysmik və vulkanik aktivliyin daha 22 illik dövrü başlayıb. Bu dövrdə bütün dünyada zəlzələlər və subduksiya zonalarının vulkanları aktivləşir. Bu dövr 1983-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki Viktor Xain, Azərbaycan Elmlər Akademiyasının akademiki Şəfayət Mehdiyev və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, "Cənub Ümumrusiya Elmi-Tədqiqat Geofiziki Kəşfiyyat Metodları İnstitutu"nın direktoru Tofiq İsmayılzadə tərəfindən kəşf edilib. Sonradan bu, AMEA Rəyasət Heyətində Azərbaycanda ilk elmi kəşf kimi tanınıb", - deyə Xəlilov fikrini izah edib.

Hələ 2000-ci ildə məşhur Bakı zəlzələsindən sonra, Xəlilov əvvəllər orta müddətli proqnozu dərc etmiş və 20 il sonra belə bir zəlzələnin təkrarlanacağını proqnozlaşdırmışdı.

"İyirmi il keçdi, proqnoz təsdiqləndi. Əgər söhbət bizi nələrin gözləməsindən gedərsə, mən dəfələrlə təkrar etmişəm ki, Abşeronun altındakı nəhəng çöküntü qatının olması üzündən Bakı üçün çox güclü, 6,5 baldan yuxarı zəlzələ təhlükəsi yoxdur. Yəni 2000-ci ildə baş verən zəlzələdən güclüsü olmayacaq. Bəli, hiss olunur, amma unutmayın ki, Sovet dövründə Bakıda bütün binalar 8-9 bal gücündə zəlzələ nəzərə alınaraq tikilib. Hazırda isə Fövqəladə Hallar Nazirliyinin elmi-tədqiqat institutu və laboratoriyaları cəlb olunduğundan tikintiyə nəzarət xeyli artıb, daha peşəkar olub. O ki qaldı planetar seysmik aktivlik dövrünə, o, 2025-ci ilə qədər davam edəcək", - deyə alim bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0