Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün "Qarabağ" klubu "Linkoln"u qəbul edəcək

© Sputnik / Murad Orujovqarabağ
qarabağ - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi cavab oyununa 18 min 500 bilet satılıb.
BAKI, 19 iyul — Sputnik. Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda Cəbəllütariq çempionu "Linkoln"u qəbul edəcək.
Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi cavab oyununa 18 min 500 bilet satılıb.
68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0