https://sputnik.az/20230718/qm-sedrine-yeni-muavin-teyin-olunub-uc-qazinin-fealiyyetine-xitam-verilib-456922646.html
QMİ sədrinə yeni müavin təyin olunub, üç qazının fəaliyyətinə xitam verilib
QMİ sədrinə yeni müavin təyin olunub, üç qazının fəaliyyətinə xitam verilib
Sputnik Azərbaycan
Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T18:35+0400
2023-07-18T18:35+0400
2023-07-18T18:35+0400
allahşükür paşazadə
cəmiyyət
qafqaz müsəlmanları idarəsi
məhərrəm ayı
https://cdnn1.img.sputnik.az/img/40733/52/407335271_0:0:2000:1125_1920x0_80_0_0_a4b89f646b6454e3bc16450244af9270.jpg
BAKI, 18 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsində iyulun 18-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. İdarədən verilən xəbərə görə, toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib. İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin (Bəxtiyar Nəcəfov) təyin olunub. Hicri təqvimi ilə yeni 1445-ci ilin təqviminin, əvvəlki illərdə olduğu kimi, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında Azərbaycanın yerləşdiyi üfüq xəttinə uyğun olaraq elmi əsaslarla hazırlandığı bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230718/sabahdan-meherrem-ayi-baslayir-456911989.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40733/52/407335271_217:0:1924:1280_1920x0_80_0_0_8a85c79e07f91d1499fba88746f9daa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
allahşükür paşazadə, qafqaz müsəlmanları idarəsi, məhərrəm ayı
allahşükür paşazadə, qafqaz müsəlmanları idarəsi, məhərrəm ayı
QMİ sədrinə yeni müavin təyin olunub, üç qazının fəaliyyətinə xitam verilib
Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb.
BAKI, 18 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsində iyulun 18-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.
İdarədən verilən xəbərə görə, toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub.
Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin (Bəxtiyar Nəcəfov) təyin olunub.
Hicri təqvimi ilə yeni 1445-ci ilin təqviminin, əvvəlki illərdə olduğu kimi, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında Azərbaycanın yerləşdiyi üfüq xəttinə uyğun olaraq elmi əsaslarla hazırlandığı bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.