Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı futbolçu Kriştianu Ronalduya rəqib ola bilər

© AFP 2023 / FAYEZ NURELDINEKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Azərbaycanlı futbolçu illər öncə ərəb klubunun baş məşqçisi Çeslav Mixneviçin rəhbərliyi altında Polşanın "Legia" klubunda oynayıb.
BAKI, 18 iyul — Sputnik. Azərbaycan futbolçusu Kriştiano Ronaldoya rəqib ola bilər.
Belə ki, Səudiyyənin "Abha" klubu Xorvatiyada oynayan azərbaycanlı futbolçu Mahir Əmrəli ilə maraqlanır. Mahir Əmrəli Səudiyyə Ərəbistanı çempionatında forma geyinəcəyi təqdirdə, dünyaca məşhur portuqaliyalı futbolçu Kriştianu Ronalduya rəqib olacaq.
Qeyd edək ki, buna qədər "Bakı", "Qarabağ" və "Legiya"da (Varşava) oynayan Mahir Əmrəli hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda forma geyinir.
Azərbaycanlı futbolçu illər öncə adı çəkilən ərəb klubunun məşqçisi Çeslav Mixneviçin rəhbərliyi altında Polşanın "Legia" klubunda oynayıb.
Xatırladaq ki, hazırda portuqaliyalı ulduz Ronaldu da Səudiyyə Ərəbistanı çempionatında oynayan "Əl Nəsr" klubunda çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0