https://sputnik.az/20230717/neftci-sankt-peterburqdan-moskvaya-gedib-456888977.html
"Neftçi" Sankt-Peterburqdan Moskvaya gedib
"Neftçi" Sankt-Peterburqdan Moskvaya gedib
Sputnik Azərbaycan
Bakı klubu mövsümlərarası təlim-məşq toplanışı çərçivəsində Rusiyanın paytaxtında Moskvanın "Spartak" klubu ilə yoxlama oyunu keçirəcək. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T17:51+0400
2023-07-17T17:51+0400
2023-07-17T17:51+0400
neftçi
idman
sankt-peterburq
moskva
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427469782_0:160:3072:1888_1920x0_80_0_0_fa6934e432e2f6ad0e70e62cc792311d.jpg
BAKI, 17 iyul — Sputnik. Bakının "Neftçi" futbol klubu təlim-məşq toplanışlarını davam etdirmək üçün Sankt-Peterburqdan Moskvaya gedib. Futbol üzrə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı Rusiyada mövsümlərarası təlim-məşq toplanışını davam etdirir. Rusiyanın şimal paytaxtında iki həftədən çox qaldıqdan sonra "neftçilər" Moskvaya gediblər və orada "Spartak" klubunun bazasında yerləşiblər. Çərşənbə axşamı, iyulun 18-də "Neftçi" klubu cari mövsümlərarası final yoxlama oyununu keçirəcək və "Spartak" klubu ilə oynayacaq. Görüş "Otkritiye Arena" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Xatırladaq ki, Bakı komandası Sankt-Peterburqda olarkən "Matç TV-nin Kuboku" beynəlxalq yoldaşlıq turnirində iştirak edib və bu turnirdə Sankt-Peterburqun "Zenit" (1:3), Belqradın "Qırmızı Ulduz" (0:4) və İstanbulun "Fənərbaxça" (0:1) klubları ilə üç oyun keçirib.Elə həmin yerdə, Sankt-Peterburqda klubun yeni baş məşqçisi, 44 yaşlı rumıniyalı mütəxəssis Adrian Mutu "Neftçi" heyətinə qoşulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427469782_171:0:2902:2048_1920x0_80_0_0_822872ca3123f865445bb267d8980094.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
neftçi, sankt-peterburq, moskva
neftçi, sankt-peterburq, moskva
"Neftçi" Sankt-Peterburqdan Moskvaya gedib
Bakı klubu mövsümlərarası təlim-məşq toplanışı çərçivəsində Rusiyanın paytaxtında Moskvanın "Spartak" klubu ilə yoxlama oyunu keçirəcək.
BAKI, 17 iyul — Sputnik. Bakının "Neftçi" futbol klubu təlim-məşq toplanışlarını davam etdirmək üçün Sankt-Peterburqdan Moskvaya gedib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı Rusiyada mövsümlərarası təlim-məşq toplanışını davam etdirir. Rusiyanın şimal paytaxtında iki həftədən çox qaldıqdan sonra "neftçilər" Moskvaya gediblər və orada "Spartak" klubunun bazasında yerləşiblər.
Çərşənbə axşamı, iyulun 18-də "Neftçi" klubu cari mövsümlərarası final yoxlama oyununu keçirəcək və "Spartak" klubu ilə oynayacaq. Görüş "Otkritiye Arena" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Bakı komandası Sankt-Peterburqda olarkən "Matç TV-nin Kuboku" beynəlxalq yoldaşlıq turnirində iştirak edib və bu turnirdə Sankt-Peterburqun "Zenit" (1:3), Belqradın "Qırmızı Ulduz" (0:4) və İstanbulun "Fənərbaxça" (0:1) klubları ilə üç oyun keçirib.
Elə həmin yerdə, Sankt-Peterburqda klubun yeni baş məşqçisi, 44 yaşlı rumıniyalı mütəxəssis Adrian Mutu "Neftçi" heyətinə qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.