Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA rəsmisi UEFA-dan təyinat alıb

© Photo : AFFAVAR
VAR - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
İyulun 19-da keçiriləcək "Dinamo" – "Astana" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
BAKI, 17 iyul — Sputnik. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Milli assosiasiyadan verilən məlumata görə, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Tbilisi, Gürcüstan) – "Astana" (Qazaxıstan) oyununda iş başında olacaq.
E.Məmmədov Boris Payçadze adına "Dinamo Arena"da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək "Dinamo" – "Astana" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0