DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik - Hakan Fidan

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
XİN başçısı deyib ki, FETÖ-çülər Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə ediblər.
BAKI, 15 iyul — Sputnik. "Dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransında deyib.
"Bütün qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik. FETÖ ilə mübarizəni milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biri kimi görürdük. Onlar Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqımızın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə etdilər. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar. 7 Fevralda MİT yük maşınları və 17-25 dekabr əməliyyatları ilə prezidentimizi, dövlətimizi ram etməyə çalışdılar. Nəhayət, iyulun 15-də onlar son addımlarını atdılar", - H.Fidan vurğulayıb.
Qeyd edək ki, H.Fidan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısında iştirak etmək üçün İndoneziyanın paytaxtı Cakartada səfərdədir.
15 iyul çevriliş cəhdi
Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd olub. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq olunduğunu elan edib.
İlk növbədə Ankarada Polis Akademiyasının binası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub. Ankara və İstanbul küçələrinə tanklar çıxarılıb, ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alınıb.
TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirilib. AKP hökumətinin fəaliyyət imkanları iflic edilib.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatıb. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanılıb.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet körpüsünün jandarma tərəfindən bağlanılması ilə başlayan hadisələr zamanı içində TBMM-in spikeri İsmail Kahraman və 50-yə qədər millət vəkilinin olduğu parlament binası F-16 döyüş təyyarələri vasitəsilə dörd dəfə bombalanıb. Həmin vaxt Muğlanın Marmaris bölgəsindəki bir oteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd olunub. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandanı Abidin Ünal ve Jandarma Baş komandiri Qalib Mendi çevrilişi həyata keçirən hərbçilər tərəfindən girov götürülüb.
Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalı vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlarda çevrilişə qarşı çıxmağa çağırıb. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edilib. 16 iyul səhərinə qədər ordu və polisin şərikli əməliyyatları nəticəsində çevrilişin qarşısı alınıb.
Bu hadisələr nəticəsində 104-ü qiyamçı əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirib, 1491 nəfər isə yaralanıb.
İstanbul və Ankara Baş Prokurorluqları tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "hökuməti aradan qaldırmaq", "prezidentə qarşı sui-qəsd", "əhalini üsyana təhrik etmək" və s. maddələri əsasında cinayət işi başlanılıb. Nəticədə müxtəlif rütbəli 8036 hərbçi həbs edilib. Həbs edilənlər arasında təkcə hərbçilər deyil, professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri də olub. Onların sayı günü-gündən artıb.
Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.
Çevrilişin əsas səbəbkarı kimi uzun illərdir ABŞ-də yaşayan din xadimi Fətullah Gülən və onun tərəfdarlarından ibarət şəbəkənin adı çəkilir. Gülənin rəhbərlik etdiyi həmin şəbəkə Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırılır.
Sözügedən hadisələr Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə baş verənlərdən sonra dövlət çevrilişinə 5-ci uğursuz cəhd kimi tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə - Sputnik Azərbaycan, 1920, 15.07.2023
SİYASƏT
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
Xəbər lenti
0