https://sputnik.az/20230715/lham-eliyev-receb-tayyib-erdogana-mektub-unvanlayib-456827168.html
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
Sputnik Azərbaycan
Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini... 15.07.2023, Sputnik Azərbaycan
2023-07-15T11:45+0400
2023-07-15T11:45+0400
2023-07-15T12:09+0400
siyasət
prezident ilham əliyev
ərdoğan
rəcəb tayyip ərdoğan
fətullah gülən
fətullah gülən şəbəkəsi
fətullahçı terror təşkilatı
hulusi akar
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455857751_0:52:1000:615_1920x0_80_0_0_0870939085a62098994122db2a659a6e.jpg
BAKI, 15 iyul - Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.Məktubda deyilir:Hörmətli cənab Prezident,Əziz Qardaşım,Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş “Demokratiya və Milli Birlik Günü” Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".15 iyul çevriliş cəhdiXatırladaq ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd olub. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq olunduğunu elan edib.İlk növbədə Ankarada Polis Akademiyasının binası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub. Ankara və İstanbul küçələrinə tanklar çıxarılıb, ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alınıb. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirilib. AKP hökumətinin fəaliyyət imkanları iflic edilib. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatıb. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanılıb. İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet körpüsünün jandarma tərəfindən bağlanılması ilə başlayan hadisələr zamanı içində TBMM-in spikeri İsmail Kahraman və 50-yə qədər millət vəkilinin olduğu parlament binası F-16 döyüş təyyarələri vasitəsilə dörd dəfə bombalanıb. Həmin vaxt Muğlanın Marmaris bölgəsindəki bir oteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd olunub. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandanı Abidin Ünal ve Jandarma Baş komandiri Qalib Mendi çevrilişi həyata keçirən hərbçilər tərəfindən girov götürülüb. Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalı vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlarda çevrilişə qarşı çıxmağa çağırıb. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edilib. 16 iyul səhərinə qədər ordu və polisin şərikli əməliyyatları nəticəsində çevrilişin qarşısı alınıb. Bu hadisələr nəticəsində 104-ü qiyamçı əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirib, 1491 nəfər isə yaralanıb. İstanbul və Ankara Baş Prokurorluqları tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "hökuməti aradan qaldırmaq", "prezidentə qarşı sui-qəsd", "əhalini üsyana təhrik etmək" və s. maddələri əsasında cinayət işi başlanılıb. Nəticədə müxtəlif rütbəli 8036 hərbçi həbs edilib. Həbs edilənlər arasında təkcə hərbçilər deyil, professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri də olub. Onların sayı günü-gündən artıb. Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Çevrilişin əsas səbəbkarı kimi uzun illərdir ABŞ-də yaşayan din xadimi Fətullah Gülən və onun tərəfdarlarından ibarət şəbəkənin adı çəkilir. Gülənin rəhbərlik etdiyi həmin şəbəkə Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırılır. Sözügedən hadisələr Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə baş verənlərdən sonra dövlət çevrilişinə 5-ci uğursuz cəhd kimi tarixə düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455857751_56:0:944:666_1920x0_80_0_0_dfc2c879d6423ef0b69651f58c715b5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ərdoğan, rəcəb tayyip ərdoğan, fətullah gülən, fətullah gülən şəbəkəsi, fətullahçı terror təşkilatı, hulusi akar
prezident ilham əliyev, ərdoğan, rəcəb tayyip ərdoğan, fətullah gülən, fətullah gülən şəbəkəsi, fətullahçı terror təşkilatı, hulusi akar
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
11:45 15.07.2023 (Yenilənib: 12:09 15.07.2023) Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
BAKI, 15 iyul - Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Hörmətli cənab Prezident,
Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş “Demokratiya və Milli Birlik Günü” Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.
Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.
Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd olub. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq olunduğunu elan edib.
İlk növbədə Ankarada Polis Akademiyasının binası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub. Ankara və İstanbul küçələrinə tanklar çıxarılıb, ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alınıb.
TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirilib. AKP hökumətinin fəaliyyət imkanları iflic edilib.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatıb. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanılıb.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet körpüsünün jandarma tərəfindən bağlanılması ilə başlayan hadisələr zamanı içində TBMM-in spikeri İsmail Kahraman və 50-yə qədər millət vəkilinin olduğu parlament binası F-16 döyüş təyyarələri vasitəsilə dörd dəfə bombalanıb. Həmin vaxt Muğlanın Marmaris bölgəsindəki bir oteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd olunub. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandanı Abidin Ünal ve Jandarma Baş komandiri Qalib Mendi çevrilişi həyata keçirən hərbçilər tərəfindən girov götürülüb.
Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalı vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlarda çevrilişə qarşı çıxmağa çağırıb. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edilib. 16 iyul səhərinə qədər ordu və polisin şərikli əməliyyatları nəticəsində çevrilişin qarşısı alınıb.
Bu hadisələr nəticəsində 104-ü qiyamçı əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirib, 1491 nəfər isə yaralanıb.
İstanbul və Ankara Baş Prokurorluqları tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "hökuməti aradan qaldırmaq", "prezidentə qarşı sui-qəsd", "əhalini üsyana təhrik etmək" və s. maddələri əsasında cinayət işi başlanılıb. Nəticədə müxtəlif rütbəli 8036 hərbçi həbs edilib. Həbs edilənlər arasında təkcə hərbçilər deyil, professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri də olub. Onların sayı günü-gündən artıb.
Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.
Çevrilişin əsas səbəbkarı kimi uzun illərdir ABŞ-də yaşayan din xadimi Fətullah Gülən və onun tərəfdarlarından ibarət şəbəkənin adı çəkilir. Gülənin rəhbərlik etdiyi həmin şəbəkə Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırılır.
Sözügedən hadisələr Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə baş verənlərdən sonra dövlət çevrilişinə 5-ci uğursuz cəhd kimi tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.