CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin vəzifələri artırılıb

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.
BAKI, 12 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, aşağıdakı bəndlər Nazirliyin vəzifələrinə əlavə edilib:
- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;
- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;
- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;
- himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək.
Xatırladaq ki, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2023
CƏMİYYƏT
Prezident himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə müavinətləri artırıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0