https://sputnik.az/20230712/prezident-himayedar-aileye-verilmis-usaqlarin-terbiyesine-gore-muavinetleri-artirib-456731686.html
Prezident himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə müavinətləri artırıb
Prezident himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə müavinətləri artırıb
Sputnik Azərbaycan
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T15:27+0400
2023-07-12T15:27+0400
2023-07-12T15:27+0400
cəmiyyət
prezident ilham əliyev
müavinət
sosial müavinət
himayədarlıq
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455605782_0:0:3072:1728_1920x0_80_0_0_4346ffca8ebe3ee013d32eea907293ca.jpg
BAKI, 12 iyul — Sputnik. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq: - 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat; Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq: - 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455605782_0:0:2732:2048_1920x0_80_0_0_aeb7f1eb8f3fde4389365f5c800eb41c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, müavinət, sosial müavinət, himayədarlıq
prezident ilham əliyev, müavinət, sosial müavinət, himayədarlıq
Prezident himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə müavinətləri artırıb
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.
BAKI, 12 iyul — Sputnik. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
- 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;
Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
- 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.
Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.