https://sputnik.az/20230712/nazir-prezidentin-etsn-in-unvanina-seslendirdiyi-iradlari-haqli-sayir-456736657.html
Nazir Prezidentin ETSN-in ünvanına səsləndirdiyi iradları haqlı sayır
Nazir Prezidentin ETSN-in ünvanına səsləndirdiyi iradları haqlı sayır
Sputnik Azərbaycan
Ekologiya və təbii sərvətlər naziri bildirib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T16:53+0400
2023-07-12T16:53+0400
2023-07-12T16:53+0400
muxtar babayev
cəmiyyət
prezident ilham əliyev
söyüdlü
gədəbəy rayonu, söyüdlü kəndi
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_159:0:1441:721_1920x0_80_0_0_db794a0342b2705a201f20ffa025497d.jpg
BAKI, 12 iyul — Sputnik. Söyüdlüdə, eləcə də Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb. Bunu Ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib. Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb: Nazir əlavə edib ki, Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib. Tullantı anbarı ilə bağlı icazələrin alınmasında da bir sıra uyğunsuzluqlar aşkarlanıb:Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir", - Prezident deyib.
https://sputnik.az/20230712/prezidentin-tenqid-etdiyi-nazir-soyudludeki-veziyyeti-aciqladi-456735802.html
söyüdlü
gədəbəy rayonu, söyüdlü kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_320:0:1281:721_1920x0_80_0_0_af5704d621d44bec7cfb69b7d6d04f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, prezident ilham əliyev, söyüdlü, gədəbəy rayonu, söyüdlü kəndi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
muxtar babayev, prezident ilham əliyev, söyüdlü, gədəbəy rayonu, söyüdlü kəndi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Nazir Prezidentin ETSN-in ünvanına səsləndirdiyi iradları haqlı sayır
Ekologiya və təbii sərvətlər naziri bildirib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb.
BAKI, 12 iyul — Sputnik. Söyüdlüdə, eləcə də Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.
Bunu Ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb:
"Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə zonası müəyyənləşdirilməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib".
Nazir əlavə edib ki, Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib. Tullantı anbarı ilə bağlı icazələrin alınmasında da bir sıra uyğunsuzluqlar aşkarlanıb:
"Prezident İlham Əliyev tərəfindən dünən müşavirədə xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı bir sıra haqlı iradlar səsləndirilib. Prezidentin tapşırığı, səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər ediləcək. Çalışacağıq ki, belə hallarla üzləşməyək".
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir", - Prezident deyib.