https://sputnik.az/20230712/erdogan-putinle-azov-komandirlerinin-ekstradisiyasi-ile-bagli-veziyyeti-muzakire-edecek-456746633.html
Ərdoğan Putinlə "Azov" komandirlərinin ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə edəcək
Ərdoğan Putinlə "Azov" komandirlərinin ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə edəcək
Sputnik Azərbaycan
Avqust ayında Putin Türkiyəyə səfər edəcək və düşünürəm ki, onunla bu məsələləri yenidən təkbətək formatda müzakirə etmək imkanımız olacaq 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T21:55+0400
2023-07-12T21:55+0400
2023-07-12T21:55+0400
dünya xəbərləri
rusiya
rusiya prezidenti vladimir putin
türkiyə
ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810043_0:0:2511:1412_1920x0_80_0_0_72d48b2a208f56f3c1b1f21fa189809c.jpg
BAKI, 12 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə "Azov" komandirlərinin Ankaranın Kiyevə ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə etməyi gözləyir.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib."Biz onların 6 komandirinin azad edilməsi ilə bağlı müraciət aldıq. Müsbət cavab vermək qərarına gəldik. Bundan sonra Rusiyada bir sıra bəyanatlar verildi, lakin onlar təfərrüatları öyrəndikdən sonra vəziyyət müsbət oldu. Avqust ayında Putin Türkiyəyə səfər edəcək və düşünürəm ki, onunla bu məsələləri yenidən təkbətək formatda müzakirə etmək imkanımız olacaq”, - Türkiyə lideri vurğulayıb.Xatırladaq ki, Vladimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib."Azov" komandirləri ilə bağlı məsələ iyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı zamanı da müzakirə edilib. ”Ankaranın diqqətinə çatdırılıb ki, Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursu yalnız mənfi nəticələrə gətirib çıxara bilər. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər" - Rusiya XİN-in bu barədə press-relizində bildirilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230709/ankaradan-moskvaya-kritik-zeng-gundelikde-taxil-sazisi-ve-azov-komandirleri-olub-456644883.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810043_0:0:2511:1884_1920x0_80_0_0_d958f51d494f7087523a7be76168c99c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya prezidenti vladimir putin, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
rusiya, rusiya prezidenti vladimir putin, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
Ərdoğan Putinlə "Azov" komandirlərinin ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə edəcək
Avqust ayında Putin Türkiyəyə səfər edəcək və düşünürəm ki, onunla bu məsələləri yenidən təkbətək formatda müzakirə etmək imkanımız olacaq
BAKI, 12 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə "Azov" komandirlərinin Ankaranın Kiyevə ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə etməyi gözləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz onların 6 komandirinin azad edilməsi ilə bağlı müraciət aldıq. Müsbət cavab vermək qərarına gəldik. Bundan sonra Rusiyada bir sıra bəyanatlar verildi, lakin onlar təfərrüatları öyrəndikdən sonra vəziyyət müsbət oldu. Avqust ayında Putin Türkiyəyə səfər edəcək və düşünürəm ki, onunla bu məsələləri yenidən təkbətək formatda müzakirə etmək imkanımız olacaq”, - Türkiyə lideri vurğulayıb.
Xatırladaq ki, Vladimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.
"Azov" komandirləri ilə bağlı məsələ iyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı zamanı da müzakirə edilib.
”Ankaranın diqqətinə çatdırılıb ki, Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursu yalnız mənfi nəticələrə gətirib çıxara bilər. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər" - Rusiya XİN-in bu barədə press-relizində bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.