https://sputnik.az/20230709/ankaradan-moskvaya-kritik-zeng-gundelikde-taxil-sazisi-ve-azov-komandirleri-olub-456644883.html
Ankaradan Moskvaya kritik zəng: Gündəlikdə "Taxil sazişi" və "Azov komandirləri" olub
Ankaradan Moskvaya kritik zəng: Gündəlikdə "Taxil sazişi" və "Azov komandirləri" olub
Sputnik Azərbaycan
XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada... 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T20:20+0400
2023-07-09T20:20+0400
2023-07-09T20:23+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
hakan fidan
https://cdnn1.img.sputnik.az/img/40285/24/402852430_0:13:1280:733_1920x0_80_0_0_3c7313c647210a9540bb74c9cda29bd9.jpg
BAKI, 9 iyul - Sputnik. İyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.Rusiya XİN-in yaydığı xəbərə görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.Qeyd edilib ki, telefon danışığı zamanı tərəflər Ukrayna ətrafında baş verən son hadisələr, o cümlədən “Azov komandirləri”nin İstanbuldan Kiyevə qayıtması ilə bağlı vəziyyət başda olmaqla regional gündəliyə dair fikir mübadiləsi aparıblar:”Ankaranın diqqətinə çatdırılıb ki, Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursu yalnız mənfi nəticələrə gətirib çıxara bilər. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər".Danışıqlar zamanı Qərb dövlətlərinin BMT baş katibinin məlum “paket təşəbbüsü”nün həyata keçirilməsi üçün zəruri addımları ata bilməməsi şəraitində qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər üzrə gələcək əməkdaşlığın perspektivlərinə də toxunulub. Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının müəyyən aspektləri, o cümlədən qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Azov liderlərinin Kiyevə transferini razılaşmaların pozulması adlandırmışdı.Lavrovla təmasdan əvvəl Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Onlar da Ukraynadakı vəziyyəti müzakirə ediblər. Danışıqlar zamanı həmçinin NATO-nun genişlənməsi, NATO liderlərinin Vilnüsdə keçiriləcək sammiti və BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması məsələləri də müzakirə olunub.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə taxıl müqaviləsi ilə bağlı danışıqları səbirsizliklə gözlədiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230709/sergey-lavrov-hakan-fidanla-taxil-sazisini-muzakire-edib-456642971.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40285/24/402852430_143:0:1138:746_1920x0_80_0_0_8ca9b0f135720817acc4f2c203c69dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, hakan fidan
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, hakan fidan
Ankaradan Moskvaya kritik zəng: Gündəlikdə "Taxil sazişi" və "Azov komandirləri" olub
20:20 09.07.2023 (Yenilənib: 20:23 09.07.2023) XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər.
BAKI, 9 iyul - Sputnik. İyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Rusiya XİN-in yaydığı xəbərə görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edilib ki, telefon danışığı zamanı tərəflər Ukrayna ətrafında baş verən son hadisələr, o cümlədən “Azov komandirləri”nin İstanbuldan Kiyevə qayıtması ilə bağlı vəziyyət başda olmaqla regional gündəliyə dair fikir mübadiləsi aparıblar:
”Ankaranın diqqətinə çatdırılıb ki, Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursu yalnız mənfi nəticələrə gətirib çıxara bilər. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər".
Danışıqlar zamanı Qərb dövlətlərinin BMT baş katibinin məlum “paket təşəbbüsü”nün həyata keçirilməsi üçün zəruri addımları ata bilməməsi şəraitində qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər üzrə gələcək əməkdaşlığın perspektivlərinə də toxunulub.
Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının müəyyən aspektləri, o cümlədən qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Azov liderlərinin Kiyevə transferini razılaşmaların pozulması adlandırmışdı.
Lavrovla təmasdan əvvəl Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Onlar da Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Danışıqlar zamanı həmçinin NATO-nun genişlənməsi, NATO liderlərinin Vilnüsdə keçiriləcək sammiti və BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması məsələləri də müzakirə olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə taxıl müqaviləsi ilə bağlı danışıqları səbirsizliklə gözlədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.