https://sputnik.az/20230707/siyasetden-kenar-idman-qosulmama-herekatinin-xususi-olimpiya-beyannamesi-neden-behs-edir-456594525.html
Siyasətdən kənar idman: Qoşulmama Hərəkatının xüsusi Olimpiya bəyannaməsi nədən bəhs edir?
Siyasətdən kənar idman: Qoşulmama Hərəkatının xüsusi Olimpiya bəyannaməsi nədən bəhs edir?
Sputnik Azərbaycan
Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarının siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T21:01+0400
2023-07-07T21:01+0400
2023-07-07T21:01+0400
qoşulmama hərəkatının nazirlər konfransı
idman
olimpiya
bəyannamə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522265_0:156:3000:1844_1920x0_80_0_0_6b38b640008cc84bb4ba9de9dde3435b.jpg
BAKI, 7 iyul — Sputnik. Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclası öz işini uğurla başa çatdırıb. Nümayəndələr əsas və mühüm sənədlərlə yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul ediblər. Sənəddə digər məsələlərlə yanaşı vurğulanır ki, "idman siyasiləşdirilməməlidir", idman qurumları Olimpiya Hərəkatı çərçivəsində neytrallığı qorumalıdır. Bəyannamədə ayrıca qeyd olunur ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 milli komitənin idmançılarının iştirakı yarışları bütün müxtəlifliyi ilə bəşəriyyətin birlik və həmrəyliyinin simvoluna çevirəcək. Sənədi yekunlaşdıran Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Oyunların siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər. Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasında 93 ölkənin, 11 beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin, müşahidəçi statusu olan dövlətlərin və beynəlxalq təşkilatların və xüsusi qonaq qismində dəvət olunan nümayəndələri iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522265_167:0:2834:2000_1920x0_80_0_0_c74183586d70fcbe67e7b85940613705.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatının nazirlər konfransı, olimpiya, bəyannamə
qoşulmama hərəkatının nazirlər konfransı, olimpiya, bəyannamə
Siyasətdən kənar idman: Qoşulmama Hərəkatının xüsusi Olimpiya bəyannaməsi nədən bəhs edir?
Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarının siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
BAKI, 7 iyul — Sputnik. Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclası öz işini uğurla başa çatdırıb. Nümayəndələr əsas və mühüm sənədlərlə yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul ediblər.
Sənəddə digər məsələlərlə yanaşı vurğulanır ki, "idman siyasiləşdirilməməlidir", idman qurumları Olimpiya Hərəkatı çərçivəsində neytrallığı qorumalıdır.
Bəyannamədə ayrıca qeyd olunur ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 milli komitənin idmançılarının iştirakı yarışları bütün müxtəlifliyi ilə bəşəriyyətin birlik və həmrəyliyinin simvoluna çevirəcək.
Sənədi yekunlaşdıran Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Oyunların siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasında 93 ölkənin, 11 beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin, müşahidəçi statusu olan dövlətlərin və beynəlxalq təşkilatların və xüsusi qonaq qismində dəvət olunan nümayəndələri iştirak ediblər.