https://sputnik.az/20230706/fransa-kolonional-siyasetinin-aci-neticeleri-ile-uzlesmeye-baslayib---ferid-sefiyev-456552199.html
Fransa kolonional siyasətinin acı nəticələri ilə üzləşməyə başlayıb - Fərid Şəfiyev
Fransa kolonional siyasətinin acı nəticələri ilə üzləşməyə başlayıb - Fərid Şəfiyev
Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, afrikalılar, ərəblər Fransa tərəfindən diskriminasiyaya məruz qalırlar. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T14:40+0400
2023-07-06T14:40+0400
2023-07-06T14:40+0400
beynəlxalq
siyasət
fransa
afrika
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437684367_0:103:2000:1228_1920x0_80_0_0_1cfe01cb8902677114e2d6c12d8f4c06.jpg
BAKI, 6 iyul — Sputnik. Soyuq müharibənin başa çatmasında sonra da qlobal güclər, yəni keçmiş imperiyalar əvvəlki siyasətlərini və kolonial iddialarını davam etdirirlər. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O qeyd edib ki, sözügedən dövlətlərin bəziləri keçmiş koloniyaları hələ də nəzarətlərində saxlayırlar. "Mən bu baxımdan ilk növbədə Fransa siyasətini qeyd etmək istərdim. Bu, çox narahatlıq doğuran məqamdır. Fransa tərəfindən afrikalılar, ərəblər diskriminasiyaya məruz qalırlar", - Şəfiyev deyib. O, Fransanın baş verənləri başqa formada təqdim etməsindən narahatlığını ifadə edib: "Məsələ burasındadır ki, baş verənlər Fransa tərəfindən fərqli formada təqdim edilir. Fransa tez-tez onun kolonial siyasətinə qarşı çıxış edənləri üsyançı adlandırır. Öz daxilində isə kolonial siyasətinin acı nəticələri ilə üzləşməyə başlayıb". “Fransanın öz problemlərinə toxunmağa icazə vermədən başqalarının problemlərini müzakirə etmək imtiyazı yoxdur” - Şəfiyev deyib. Onun sözlərinə görə, Azərbaycanda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı müzakirələr başlayandan bəri o, bunu qınamağa başlayıb: “İstənilən dövlətin hər hansı ölkədə yaranan problemi müzakirə etmək hüququ var. Dəvət olunan ölkələrin özləri bütün problemlərdən danışırlar". Şəfiyev vurğulayıb ki, Azərbaycan da imperiyanın qurbanı olub və bu siyasətin fəsadlarını, nəticələrini regionda hələ də hiss edir. Buna görə də Azərbaycan dünyadakı bu problemlərin həlli üçün mübarizəni davam etdirəcək. Xüsusilə ona görə ki, Azərbaycana gələn müxtəlif xalqların nümayəndələri bu məsələləri qaldırmağı xahiş edirdilər.Xatırladaq ki, iyunun 27-də Parisin Nanter şəhəri yaxınlığında 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnərək öldürülməsindən sonra Fransada kütləvi iğtişaşlar baş qaldırıb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230706/fransanin-siyaseti-cenubi-qafqazda-sulhe-xidmet-etmir---bmtm-rehberinden-etiraz-456544048.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437684367_114:0:1887:1330_1920x0_80_0_0_9b6c137b97c89395509d561d6b6b7987.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beynəlxalq, fransa, afrika
beynəlxalq, fransa, afrika
Fransa kolonional siyasətinin acı nəticələri ilə üzləşməyə başlayıb - Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, afrikalılar, ərəblər Fransa tərəfindən diskriminasiyaya məruz qalırlar.
BAKI, 6 iyul — Sputnik. Soyuq müharibənin başa çatmasında sonra da qlobal güclər, yəni keçmiş imperiyalar əvvəlki siyasətlərini və kolonial iddialarını davam etdirirlər. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, sözügedən dövlətlərin bəziləri keçmiş koloniyaları hələ də nəzarətlərində saxlayırlar.
"Mən bu baxımdan ilk növbədə Fransa siyasətini qeyd etmək istərdim. Bu, çox narahatlıq doğuran məqamdır. Fransa tərəfindən afrikalılar, ərəblər diskriminasiyaya məruz qalırlar", - Şəfiyev deyib.
O, Fransanın baş verənləri başqa formada təqdim etməsindən narahatlığını ifadə edib:
"Məsələ burasındadır ki, baş verənlər Fransa tərəfindən fərqli formada təqdim edilir. Fransa tez-tez onun kolonial siyasətinə qarşı çıxış edənləri üsyançı adlandırır. Öz daxilində isə kolonial siyasətinin acı nəticələri ilə üzləşməyə başlayıb".
“Fransanın öz problemlərinə toxunmağa icazə vermədən başqalarının problemlərini müzakirə etmək imtiyazı yoxdur” - Şəfiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı müzakirələr başlayandan bəri o, bunu qınamağa başlayıb:
“İstənilən dövlətin hər hansı ölkədə yaranan problemi müzakirə etmək hüququ var. Dəvət olunan ölkələrin özləri bütün problemlərdən danışırlar".
Şəfiyev vurğulayıb ki, Azərbaycan da imperiyanın qurbanı olub və bu siyasətin fəsadlarını, nəticələrini regionda hələ də hiss edir. Buna görə də Azərbaycan dünyadakı bu problemlərin həlli üçün mübarizəni davam etdirəcək. Xüsusilə ona görə ki, Azərbaycana gələn müxtəlif xalqların nümayəndələri bu məsələləri qaldırmağı xahiş edirdilər.
Xatırladaq ki, iyunun 27-də Parisin Nanter şəhəri yaxınlığında 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnərək öldürülməsindən sonra Fransada kütləvi iğtişaşlar baş qaldırıb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.