SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir - BMTM rəhbərindən etiraz

© SputnikBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” tədbirdə
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” tədbirdə - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Fərid Şəfiyev bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir.
BAKI, 6 iyul — Sputnik. Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir. Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur.
F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib bir platformadır. Bu Hərəkat Azərbaycanı dəstəkləyib.
Qeyd edək ki, ötən gün başlayan Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər İclası bu gün başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0