https://sputnik.az/20230705/ermenistana-getmek-isteyirem-diger-meseleler-klubun-uzerine-dusur---yerli-futbolcu-456533347.html
Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür - Yerli futbolçu
Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür - Yerli futbolçu
Sputnik Azərbaycan
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T22:01+0400
2023-07-05T22:01+0400
2023-07-05T22:01+0400
futbolçu
idman
azərbaycan
yunanıstan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42433/67/424336751_0:223:3121:1979_1920x0_80_0_0_c9ed40812aea6a084955d34248b7dc21.jpg
BAKI, 5 iyul — Sputnik. Mən Ermənistana getməyi çox istəyirəm, digər məsələlər klubun üzərinə düşür. Bunu açıqlamasında Albaniyanın "Eqnatiya" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan "Ararat"ına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib. 28 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar:O, Ermənistan təmsilçisinə qol vurmaq istədiyini söyləyib: "Bilirəm ki, bütün Azərbaycan sözügedən matçda məndən həm yaxşı oyun, həm də qol gözləyir". "Eqnatiya" komandasına keçidini də şərh edən İsgəndərli başqa ölkələrdən təklif aldığını gizlətməyib:"Amma həm baş məşqçi, həm də klub prezidenti buraya gəlməyimi çox istədi. Mən də karyeramda yeni səhifə açmaq üçün bu komandanı seçdim. Şükürlər olsun ki, Allah yenidən mənə legioner həyatı yaşamağı nəsib etdi". Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.(Report)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/67/424336751_168:0:2897:2047_1920x0_80_0_0_5763988fc6947c13666bc37590a948a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbolçu, azərbaycan, yunanıstan, ermənistan
futbolçu, azərbaycan, yunanıstan, ermənistan
Ermənistana getmək istəyirəm, digər məsələlər klubun üzərinə düşür - Yerli futbolçu
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar
BAKI, 5 iyul — Sputnik. Mən Ermənistana getməyi çox istəyirəm, digər məsələlər klubun üzərinə düşür. Bunu açıqlamasında Albaniyanın "Eqnatiya" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan "Ararat"ına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
28 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, hazırda klub rəsmiləri bu məsələ ilə məşğuldurlar:
"Menecerim və idman direktoru soruşdu, mən də getmək istədiyimi dedim".
O, Ermənistan təmsilçisinə qol vurmaq istədiyini söyləyib: "Bilirəm ki, bütün Azərbaycan sözügedən matçda məndən həm yaxşı oyun, həm də qol gözləyir".
"Eqnatiya" komandasına keçidini də şərh edən İsgəndərli başqa ölkələrdən təklif aldığını gizlətməyib:
"Amma həm baş məşqçi, həm də klub prezidenti buraya gəlməyimi çox istədi. Mən də karyeramda yeni səhifə açmaq üçün bu komandanı seçdim. Şükürlər olsun ki, Allah yenidən mənə legioner həyatı yaşamağı nəsib etdi".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.