Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksçumuz Avropa Oyunlarında gümüş medal qazanıb

© Photo : Boxing Federation of AzerbaijanAzərbaycan boksçusu Məhəmməd Abdullayev
Azərbaycan boksçusu Məhəmməd Abdullayev - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
On gün davam edən Avropa Oyunlarını boks üzrə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub.
BAKI, 2 iyul - Sputnik. Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.
Azərtac xəbər verir ki, ardıcıl olaraq Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.
Beləliklə, boks üzrə Azərbaycan millisi iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu, həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, Avropa Oyunlarının boks yarışlarında 42 ölkədən 325 idmançı 13 çəki dərəcəsində mübarizə aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0