Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

MINEPS VII konfransı çərçivəsində idman növlərinin nümayişi keçiriləcək

© sputnik.azBakı, arxiv şəkli
Bakı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Tədbirdə 124 ölkədən 540-dan çox nümayəndə iştirak edir.
BAKI, 26 iyun - Sputnik. İyunun 26-dan 29-dək MINEPS VII konfransı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman növlərinin nümayişi keçiriləcək.
Bu barədə Azərtac-a Gənclər və Idman Nazirliyindən məlumat verib.
Bakı Konqres Mərkəzinin qarşısındakı parkda saat 17:00-dan 20:00-dək davam edəcək tədbirdə gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, yelkən idmanı, milli idman növləri, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları və musiqili şou təşkil olunacaq.
Eyni zamanda, Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat" günləri təşkil olunacaq.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) iyunun 26-dan 29-dək keçiriləcək.
Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.
APA-nın xəbərinə görə, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.
Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124 ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0