https://sputnik.az/20230626/elliden-cox-idman-naziri-bakida-bir-yere-toplasiblar-456303954.html
Əllidən çox idman naziri Bakıda bir yerə toplaşıb
Əllidən çox idman naziri Bakıda bir yerə toplaşıb
Sputnik Azərbaycan
Tədbirdə 124 ölkədən 540-dan çox nümayəndə iştirak edir. 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T15:27+0400
2023-06-26T15:27+0400
2023-06-26T15:27+0400
idman
idman
nazir
konfrans
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456304894_0:0:1200:676_1920x0_80_0_0_db041f257e46f8ac81ea98d47648a316.jpg
BAKI, 26 iyun - Sputnik. Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.APA-nın xəbərinə görə, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124 ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.Qeyd edək ki, konfrans iyunun 29-dək keçiriləcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək.“Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456304894_66:0:1133:800_1920x0_80_0_0_f0b6339f99449fce3d8ab5dc59501be6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
idman, nazir, konfrans
Əllidən çox idman naziri Bakıda bir yerə toplaşıb
Tədbirdə 124 ölkədən 540-dan çox nümayəndə iştirak edir.
BAKI, 26 iyun - Sputnik. Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.
APA-nın xəbərinə görə, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.
Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124 ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.
Qeyd edək ki, konfrans iyunun 29-dək keçiriləcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək.
“Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.