https://sputnik.az/20230625/randan-ceyhun-bayramova-zeng---abdullahiyan-bolgedeki-veziyyetden-narahatdir-456289634.html
İrandan Ceyhun Bayramova zəng - Abdullahiyan bölgədəki vəziyyətdən narahatdır
İrandan Ceyhun Bayramova zəng - Abdullahiyan bölgədəki vəziyyətdən narahatdır
Sputnik Azərbaycan
Telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T19:07+0400
2023-06-25T19:07+0400
2023-06-25T19:07+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
əmir abdullahiyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032160_0:160:3072:1888_1920x0_80_0_0_e262f47c76a2d5513e4731dca0ede81c.jpg
BAKI, 25 iyun - Sputnik. 25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub.Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb.Telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Xatırladaq ki, ötən gün Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.İranın Xarici işlər naziri bildirib ki, bütün dövlətlərdə, o cümlədən Rusiyada, eləcə də onun qonşusu və dostu olan ölkələrdə qanunun aliliyini dəstəkləyirlər.Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.Sergey Lavrov Rusiya Prezidentinin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. XİN başçısı əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.Rusiyanın XİN başçısı iki ölkə arasında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri Rusiyada silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230624/ran-xn-in-rehberi-rusiyali-hemkarina-zeng-vuraraq-desteyini-ifade-edib-456254718.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032160_171:0:2902:2048_1920x0_80_0_0_0045a8c7b4dc8b1eb63b22012084c99e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, əmir abdullahiyan
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, əmir abdullahiyan
İrandan Ceyhun Bayramova zəng - Abdullahiyan bölgədəki vəziyyətdən narahatdır
Telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
BAKI, 25 iyun - Sputnik. 25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub.
Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən gün Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.
Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.
İranın Xarici işlər naziri bildirib ki, bütün dövlətlərdə, o cümlədən Rusiyada, eləcə də onun qonşusu və dostu olan ölkələrdə qanunun aliliyini dəstəkləyirlər.
Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.
Sergey Lavrov Rusiya Prezidentinin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. XİN başçısı əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.
Rusiyanın XİN başçısı iki ölkə arasında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri Rusiyada silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.