https://sputnik.az/20230624/ran-xn-in-rehberi-rusiyali-hemkarina-zeng-vuraraq-desteyini-ifade-edib-456254718.html
İran XİN-in rəhbəri rusiyalı həmkarına zəng vuraraq dəstəyini ifadə edib
İran XİN-in rəhbəri rusiyalı həmkarına zəng vuraraq dəstəyini ifadə edib
Sputnik Azərbaycan
Hüseyn Əmir Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T22:05+0400
2023-06-24T22:05+0400
2023-06-25T08:44+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
əmir abdullahiyan
putin
vladimir putin
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_0:160:3072:1888_1920x0_80_0_0_d3f658b7579cbeb667b645acf8546408.jpg
BAKI, 24 iyun - Sputnik. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.Bu barədə İran XİN məlumat yayıb.Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.İranın Xarici işlər naziri bildirib ki, bütün dövlətlərdə, o cümlədən Rusiyada, eləcə də onun qonşusu və dostu olan ölkələrdə qanunun aliliyini dəstəkləyirlər. Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.Sergey Lavrov Rusiya Prezidentinin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. XİN başçısı əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.Rusiyanın XİN başçısı iki ölkə arasında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_171:0:2902:2048_1920x0_80_0_0_02c5f93ae3850982318c798c99fc1de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, əmir abdullahiyan, putin, vladimir putin, iran
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, əmir abdullahiyan, putin, vladimir putin, iran
İran XİN-in rəhbəri rusiyalı həmkarına zəng vuraraq dəstəyini ifadə edib
22:05 24.06.2023 (Yenilənib: 08:44 25.06.2023) Hüseyn Əmir Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.
BAKI, 24 iyun - Sputnik. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə İran XİN məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.
İranın Xarici işlər naziri bildirib ki, bütün dövlətlərdə, o cümlədən Rusiyada, eləcə də onun qonşusu və dostu olan ölkələrdə qanunun aliliyini dəstəkləyirlər.
Abdullahiyan digər ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.
Sergey Lavrov Rusiya Prezidentinin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. XİN başçısı əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.
Rusiyanın XİN başçısı iki ölkə arasında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.