Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi doğum günündə het-trik edib -VİDEO

© AP Photo / Nicolas AguileraLionel Messi, arxiv şəkli
Lionel Messi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Qarşılaşma Messinin çıxış etdiyi "tanqoçular"ın 7:5 hesablı qələbəsi ilə başa çatıb.
BAKI, 25 iyun — Sputnik. Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Maksi Rodrigesin vida oyununda 3 qol vurub.
Xarici KİV-in yaydığı məlumata görə, görüş ötən gün "Nyuells Old Boyz"la yığmanın keçmiş və indiki üzvlərindən ibarət komanda arasında baş tutub. Qarşılaşma Messinin çıxış etdiyi "tanqoçular"ın 7:5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, iyunun 24-də Lionel Messinin 36 yaşı tamam olub. O, bir müddət öncə Fransa PSJ-sindən ABŞ-ın "İnter Mayami" klubuna keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0