Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni bir medalla başa vurublar

© AFP 2024 / JACK GUEZZelim Kotsoyev
Zelim Kotsoyev - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Yarışın sonuncu günündə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri bürünc medal uğrunda görüşdə yerli idmançı Tsetsentsengel Odxuuya məğlub olub.
BAKI, 25 iyun — Sputnik. Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqəni bir medalla başa vurublar.
Yarışın sonuncu günündə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri bürünc medal uğrunda görüşdə yerli idmançı Tsetsentsengel Odxuuya məğlub olub.
100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında rusiyalı Arman Adamyana uduzub.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.
Eyni zamanda, bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) əvvəlki raundlarda medal şanslarını itirib.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb. ("Report")
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0