https://sputnik.az/20230623/iii-avropa-oyunlari-karatecimiz-rina-zaretska-qizil-medal-qazanib-456221427.html
III Avropa Oyunları: Karateçimiz İrina Zaretska qızıl medal qazanıb
III Avropa Oyunları: Karateçimiz İrina Zaretska qızıl medal qazanıb
Sputnik Azərbaycan
Ümumilikdə Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycan karate yığması 3 medal qazanıb. 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T20:39+0400
2023-06-23T20:39+0400
2023-06-23T20:39+0400
idman
karate
qızıl medal
irina zaretska
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427644634_0:0:3073:1728_1920x0_80_0_0_a2a8805ddcebf1ff2cf3a2c6ae235fb6.jpg
BAKI, 23 iyun - Sputnik. Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları başa çatıb. Azərtac xəbər verir ki, yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub. Onlardan İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb.Qeyd edək ki, ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427644634_51:0:2782:2048_1920x0_80_0_0_1c739f3f512a029984d969eaf54be95d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
karate, qızıl medal, irina zaretska
karate, qızıl medal, irina zaretska
III Avropa Oyunları: Karateçimiz İrina Zaretska qızıl medal qazanıb
Ümumilikdə Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycan karate yığması 3 medal qazanıb.
BAKI, 23 iyun - Sputnik. Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları başa çatıb. Azərtac xəbər verir ki, yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub. Onlardan İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.
Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb.
Qeyd edək ki, ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.