Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldu dünya rekordunu müəyyənləşdirib

© AFP 2023 / FAYEZ NURELDINEKriştianu Ronaldu
Kriştianu Ronaldu  - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Oyundan öncə Kriştianu Ronalduya yığma komandanın tərkibində 200 matçda meydana çıxan ilk futbolçu kimi "Ginnesin rekordlar kitabının" sertifikatı təqdim olunub.
BAKI, 21 iyun — Sputnik. "Əl-Nəsr" klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu "Euro-2024" seçmə mərhələsində İslandiyaya qarşı meydana çıxıb. O, milli komandada keçirdiyi oyunların sayına görə dünya rekordunu müəyyənləşdirərək adını "Ginnesin rekordlar kitabı"na yazdırıb.
Oyundan öncə Kriştianu Ronalduya yığma komandanın tərkibində 200 matçda meydana çıxan ilk futbolçu kimi "Ginnesin rekordlar kitabının" sertifikatı təqdim olunub.
2003-cü ildə Portuqaliya yığmasının heyətində debüt edən futbolçu milli komandada karyerası ərzində 122 qol vurub və 43 məhsuldar ötürmə edib. Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus" klublarında çıxış edən hücumçu 2023-cü ildən Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna transfer olunub.
Xəbər lenti
0