https://sputnik.az/20230621/iii-avropa-oyunlarinin-acilis-merasimi-kecirilib-456135498.html
III Avropa Oyunlarının açılış mərasimi keçirilib
III Avropa Oyunlarının açılış mərasimi keçirilib
Sputnik Azərbaycan
Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T23:37+0400
2023-06-21T23:37+0400
2023-06-22T10:20+0400
idman
avropa oyunları
polşa
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456137564_0:247:2762:1801_1920x0_80_0_0_aca2d78441b2dd1c3a0af4aab5d064a0.jpg
BAKI, 21 iyun - Sputnik. Polşada, Krakovda yerləşən "Miejski" stadionunda III Avropa Oyunlarının açılış mərasimi keçirilir.Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib (Report).Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456137564_16:0:2747:2048_1920x0_80_0_0_bc812145a7ed5f159c87b9c3b2c7b458.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa oyunları, polşa
III Avropa Oyunlarının açılış mərasimi keçirilib
23:37 21.06.2023 (Yenilənib: 10:20 22.06.2023) Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.
BAKI, 21 iyun - Sputnik. Polşada, Krakovda yerləşən "Miejski" stadionunda III Avropa Oyunlarının açılış mərasimi keçirilir.
Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.
Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.
Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.
Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib (Report).
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.