Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cüdoçularımız Avropa çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüblər

© Photo : REPORTCüdo yarışı
Cüdo yarışı - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Ölkəmiz yarışda 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
BAKI, 21 iyun — Sputnik. Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandalarının iyunun 22-25-də keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, ölkəmiz Portuqaliyanın Odivelas şəhərində keçiriləcək yarışda 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Federasiyanın vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, yeniyetmə cüdoçularımıza müvəffəqiyyətlər arzu ediblər.
Xatırladaq ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komanda Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 6 beynəlxalq yarışda iştirak edib. Həmçinin cari il ərzində Polşada, Türkiyədə, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıb.
Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İsgəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.
Qeyd edək ki, idmançılar iyunun 22-24-də fərdi yarışlarda, ayın 25-də isə komanda yarışlarında iştirak edəcək. Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.
Çempionata qatılacaq qızlardan ibarət heyətdə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq) Xədicə Qədəşova, Aytən Verdiyeva (52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) iştirak edəcəklər.
Oğlanların yarışında isə Məhəmməd Məmişov və Əhməd Rüstəmov (50 kq), Mirxaliq İsgəndərov, Fərid Qarayev (55 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov, Mehdi Cəfərov (66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) Avropa çempionatında mübarizə aparacaqlar.
Xəbər lenti
0