CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbər dilində "seksizm"dən imtina etməliyikmi?

© AP Photo / David GoldmanLaptop
Laptop - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Cəmiyyətdə yeganə söz sahibləri kişilər deyil. Qadınların fikirlərini öyrənməklə biz həm də onların cəmiyyətdəki uğurlarını, irəliləyişlərini göstərə bilərik.
BAKI, 17 iyun — Sputnik. Bəzən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan xəbərlərdə "seksizm"ə çox təsadüf edilir. Bu söz ilk dəfə UNESCO tərəfindən 1981-ci ildə istifadə edilib. Sözün əsas mahiyyəti həm də cəmiyyətdə qadının rolunu alçaltmaq, qadın potensialını düzgün qiymətləndirməmək, yalnız bioloji xüsusiyyətləri nəzərə almaq, cəmiyyəti cinsi əlamətlərə görə parçalamaq, fərdi keyfiyyət və fərqləri aradan götürmək, kişilərin rolunu şişirtməkdir.

(Seksizm (ing. sexism, lat. sexus «cins» sözündəndir) - insanlara qarşı qərəz və ya qərəzlərin məcmusu, yaxud insanlara qarşı cinsə və ya genderə görə ayrıseçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya.

Türkiyənin media üzrə eksperti Yıldız Derya jurnalistlər üçün təşkil olunan təlimdə bildirib ki, əksər hallarda hər hansı mövzuda yazı hazırlayarkən ekspert qismində yalnız kişilərə daha çox müraciət edilir. Əslində isə cəmiyyətdə yeganə söz sahibləri kişilər deyil. Qadınların da fikirlərini öyrənməklə həm onların cəmiyyətdəki uğurlarını, həm də müxtəlif sahələrdə irəliləyişlərini göstərmək mümkündür.
Ekspert qeyd edib ki, "Qlobal Media Monitorinqi"nin son hesabatına görə radio proqramlarının 41, televiziya proqramlarının 57, siyasi xəbərlərin 31, iqtisadi xəbərlərin 39, internetdə yayılan xəbərlərin isə 42 faizini qadınlar hazırlayır:
© AFP 2024 / MONEY SHARMAQadın boksçular, arxiv şəkli
Azərbaycanlı qadın boksçu Anaxanım İsmayılova - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Qadın boksçular, arxiv şəkli
"Televiziya istisna olmaqla, digər xəbərlər üzrə qadınların təmsilçiliyi aşağıdır. Nə üçün? Qadınlar siyasəti, iqtisadiyyatı başa düşmürlərmi? Qadın idmançılarla bağlı xəbərlər daha azdır. Bəlkə də idmançı qadınlar çoxdur, amma biz onları görmürük. Azərbaycanın tanınmış media qurumlarından təkcə birində axtardığım açar sözlərə görə, qadın sahibkarlar haqqında 2021-ci ildə 5, ötən ildə 9, cari ildə 6 xəbər, məqalə yayımlanıb. Qeyd olunan dövrdlərdə qadın məşğulluğu, qadın hüquqlarının fəallığı haqqında ümumiyyətlə xəbər yayımlanmayıb. Azərbaycanda qadın idmançılar haqqında 2021-ci ildə 5, ötən il 4, cari ildə isə 1 xəbər yayımlanıb".
Onun sözlərinə görə, uğur və uğursuzluq sadəcə bir cinsiyyətə aid özəllik deyil.

"Məgər pis hadisələr, uğursuzluqlar yalnız qadınların, qız uşaqlarının başına gəlir? Zəlzələ kimi bədbəxt hadisələrdə biz qız uşaqlarının fotolarını yayımlamağa üstünlük veririk. Əslində bu kimi məsələlərdə də diqqətli olmalıyıq, çünki biz bilmədən müəyyən stereotiplər yaradırıq", - deyə o əlavə edib.

"Qız uşaqları, qadınların fərqli rollarını, obrazlarını qabardıb işıqlandırmalıyıq. İdman xəbərlərindən yazan qadınların sayı nə qədər artarsa, düşünürəm ki, qadın idmançıların rolu da bir o qədər də qabardılar. Təkcə Türkiyədə qadın və kişi idmançıların sayında üç dəfəyədək fərq var. Bu fərqi azaltmaq üçün qadın idmançıların rolunu qabartsaq, daha çox motivasiya vermiş olarıq", - deyə o əlavə edib.
© Sputnik / Murad OrujovÇəkiliş, arxiv şəkli
Во время встречи с жруналистами - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Çəkiliş, arxiv şəkli
Y.Derya bildirib ki, uşaqlarla bağlı xəbərlərin dilində də həssas yanaşma önəmlidir:

"Məsələn, "Küçə uşağı" yox "küçədə yaşayan uşaq", "kimsəsiz uşaq" əvəzinə "nəzərətdə olan uşaq" ifadələrini işlətmək daha doğrudur".

Media üzrə digər ekspert Ayşe Karabat isə bildirib ki, xəbərlərdə qadın və qız uşaqlarının dəyərini azaldan dildən istifadə edilməməlidir.
Bundan başqa, ekspert qeyd edir ki, "qurban" sözü əvəzinə xilas olan, yaxud da zərərçəkmiş şəxs ifadəsini işlətmək ən düzgünüdür:
"Cinayətkarın lehinə olan ifadələri işlətməməliyik. Xəbərdə həyatda qalan şəxsin geyimi, işi, vərdişləri, keçmişinə köklənməməliyik. Cinsi təcavüzü sadəcə olaraq cinayətkarın günahı kimi qəbul etməliyik. Bu hadisə cinayətkarın verdiyi səhv qərarların nəticəsində baş verir".

"Bundan başqa, cinsi təcavüzə məruz qalan şəxsləri "məhv olmuş, "ləkələnmiş", "namusunu itirmiş" kimi təqdim etməməliyik. Bu şəxslərin ağır travmalara məruz qaldığını da unutmamlıyıq. Elə düşünün ki, xəbərdə haqqqında danışdığınız şəxs ailənizin bir üzvidir. Təbii ki, belə olan halda siz daha həssas dildən istifadə edəcəksiniz. Yəni şəxsin ailənizə yaxın biri olub-olmamasından asılı olmayaraq xəbərlərdə həssas dildən istifadə edilməlidir", - deyə ekspert əlavə edib.

Ekspert qeyd edir ki, mühakiməedici, şəxsi mülahizələrimizi irəli sürərək ayrıseçkilik yarada biləcək ifadələrdən istifadə edilməməlidir:
"Xüsusən də uşaqlarla bağlı xəbər hazırlayarkən onun təhsil, sosial həyatında hansısa mənfi təsirlər, izlər qoyulmamalıdır. Bədbəxt hadisələr zamanı da uşaqların şəkilləri verilməməlidir".
Qələm - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Qələm
Jurnalistlər daha çox nələri araşdırmalıdır?
A.Karabat qeyd edir ki, jurnalistlər orta məktəb kitabları ilə bağlı bir araşdırma aparmalıdırlar:
"Məsələn, kitablardakı mətn və vizual təsvirlərdə qadın və kişinin rolu necə nümayiş olunur? Seksizm ifadələr, qəliblərin olduğu kitablar, tədris vəsaitləri haqda materiallar yayımlanmalıdır. Qadın və kişi hüquqlarının bərabər olduğu göstərilməlidir. Bundan başqa, müəllimlərin də gender bərabərliyi ilə bağlı biliklərə sahib olub-olmadıqları araşdırılmalıdır".
Söz və ifadələrə həssas yanaşmalıyıq
Ekspert həmçinin bildirir ki, istifadə etdiyimiz söz və ifadələrə çox həssas yanaşmalıyıq:

"İllərdir istifadə etdiyimiz və dilimizdə qəlibləşən sözlər var ki, seksizmi, cinsi ayrı-seçkiliyi təbliğ edir. Seksizm ifadələrdən imtina etmək lazımdır. Çox vaxt qadın sözünü başlıqlara çıxarırıq. Öz-özümüzə sual verməliyik: xəbərdə haqqında bəhs etdiyimiz şəxs kişi olsaydı, biz bunu xəbər edərdikmi, yaxud bu cür yazardıqmı? Məsələn, xəbərin başlığında "kişi mühəndis" yazardıqmı? Bundan başqa öz fikirlərimizi xəbərlərə əlavə etməməliyik. Mühakiməedici dildən imtina olunmalıdır. Kişilərə verilməyəcək suallar qadınlara verilməməlidir. Qadınları yalnız "qurban" kimi göstərməkdən imtina etməliyik".

""Reuters"in məlumatına görə 5 qitə, 12 ölkədə fəaliyyət göstərən 240 xəbər saytında jurnalistlərin 40 faizini qadınlar təşkil etsə də, onlaırn yalnız 21 faizini vəzifəli redaktorlar təşkil edir", - deyə o əlavə edib.
CC BY 2.0 / dualdflipflop / Teddy Bears and BruisesZorakılığa məruz qalmış qız obrazı, arxiv şəkli
Бытовое насилие, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Zorakılığa məruz qalmış qız obrazı, arxiv şəkli
Uşaqlarla bağlı xəbər dilində də həssaslıq olmalıdır
Ekspert qeyd edir ki, uşaqlarla bağlı xəbbərin dlində "qaçdı", "aşiq oldu" ifadələrini işlətməklə jurnalistlər sanki bütün günahları yeniyetmələrin üzərinə atır:

"Uşağı, azyaşlını bir fərd olaraq görməyən, onun özəl həyatına hörmət etməyən, şəxsi məlumatlarını məsuliyyətsizcəsinə yayan, ayrıseçkilik edən, onları sadəcə olaraq qorunmaya möhtac, gücsüz varlıqlar kimi göstərən media BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını pozur", - deyə ekspert fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fotoqraf - Sputnik Azərbaycan, 1920, 10.06.2023
CƏMİYYƏT
Mediada bu tipli fotolardan istifadə edilməməlidir
Xəbər lenti
0