https://sputnik.az/20230610/mediada-bu-tipli-fotolardan-istifade-edilmemelidir-455800558.html
Mediada bu tipli fotolardan istifadə edilməməlidir
Mediada bu tipli fotolardan istifadə edilməməlidir
Sputnik Azərbaycan
Gender əsaslı zorakılıq xəbərlərində qətlə yetirilən qadının bədəni göstərilməməlidir. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T23:43+0400
2023-06-10T23:43+0400
2023-06-10T23:43+0400
media
cəmiyyət
fotoşəkil
seks
seksual
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452693615_0:271:3073:1999_1920x0_80_0_0_d1c9dd04a036dce796103622daeaf802.jpg
BAKI, 10 iyun — Sputnik. Gender əsaslı zorakılığa dair xəbərləri hazırlayarkən döyülmüş qadın şəkli, qadının zəif halda təsvirindən istifadə və qondarma şəkillə zorakılığın təsvir olunması zorakılığı təkrarlayır. Bu, eyni zamanda travma almış qadınların həmin təcrübəni bir daha yaşamasına səbəb olur. Nəticə etibarı ilə qadınların imicinə zərər verir və zorakılığı normal bir hal kimi qəbul etdirir. Hətta xoş niyyətlə də gender əsaslı zorakılıqdan xilas olmuş qadının şəkli heç vaxt mediada istifadə edilməməlidir. Bu barədə BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlimdə jurnalistlərə verilən məlumatda bildirilib. Orada qeyd olunur ki, gender əsaslı zorakılıq xəbərlərində qətlə yetirilın qadının bədəni göstərilməməlidir. Yəni, zorakılığı normallaşdıran şəkillərdən istifadə etməməli, təcavüzkarı ifşa etməliyik. Bundan başqa, vizual mediada cinsi zorakılıq hallarını işıqlandıran zaman insidentin göstərilməsi xilas olanların iztirabını daha da gücləndirə bilər. Mediada hekayənin bu şəkildə təsviri həmçinin gender əsaslı zorakılığa meyilli olan insanları həvəsləndirmək riskini yarada bilər. Gender əsaslı zorakılıq xəbərlərində zorlama və cinsi zorakılıq hallarını, "seksual poza"nı nümayiş etdirən fotolardan istifadə edilməməlidir. "Ən geniş yayılmış təcrübələrdən biri budur ki, əsasən də xəbər departamentində kişi rəhbərlər gender əsaslı zorakılıq xəbərlərinin cəlbedici şəkillərlə təqdim edilməsini məqbul sayır", - BMT-nin Əhali Fondunun məlumatında deyilir. Bundan başqa, qeyd olunub ki, zorakılıqla bağlı baş verən hadisələr barədə xəbər yazarkən bəzi nüanslara həssas yanaşmaq lazımdır. Xüsusi olaraq vurğulanıb ki, belə xəbərlərin hazırlanması zamanı təcavüzkarla zorakılığa məruz qalmış qadının toyundan, yaxud da toydan əvvəl və sonra çəkilən foto və ya videolar yayılmamalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452693615_159:0:2890:2048_1920x0_80_0_0_1ad1fbb5017abca007c27221f9413595.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
media, fotoşəkil, seks, seksual
media, fotoşəkil, seks, seksual
Mediada bu tipli fotolardan istifadə edilməməlidir
Gender əsaslı zorakılıq xəbərlərində qətlə yetirilən qadının bədəni göstərilməməlidir.
BAKI, 10 iyun — Sputnik. Gender əsaslı zorakılığa dair xəbərləri hazırlayarkən döyülmüş qadın şəkli, qadının zəif halda təsvirindən istifadə və qondarma şəkillə zorakılığın təsvir olunması zorakılığı təkrarlayır. Bu, eyni zamanda travma almış qadınların həmin təcrübəni bir daha yaşamasına səbəb olur. Nəticə etibarı ilə qadınların imicinə zərər verir və zorakılığı normal bir hal kimi qəbul etdirir. Hətta xoş niyyətlə də gender əsaslı zorakılıqdan xilas olmuş qadının şəkli heç vaxt mediada istifadə edilməməlidir.
Bu barədə BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlimdə jurnalistlərə verilən məlumatda bildirilib.
Orada qeyd olunur ki, gender əsaslı zorakılıq xəbərlərində qətlə yetirilın qadının bədəni göstərilməməlidir. Yəni, zorakılığı normallaşdıran şəkillərdən istifadə etməməli, təcavüzkarı ifşa etməliyik.
Bundan başqa, vizual mediada cinsi zorakılıq hallarını işıqlandıran zaman insidentin göstərilməsi xilas olanların iztirabını daha da gücləndirə bilər. Mediada hekayənin bu şəkildə təsviri həmçinin gender əsaslı zorakılığa meyilli olan insanları həvəsləndirmək riskini yarada bilər. Gender əsaslı zorakılıq xəbərlərində zorlama və cinsi zorakılıq hallarını, "seksual poza"nı nümayiş etdirən fotolardan istifadə edilməməlidir.
"Ən geniş yayılmış təcrübələrdən biri budur ki, əsasən də xəbər departamentində kişi rəhbərlər gender əsaslı zorakılıq xəbərlərinin cəlbedici şəkillərlə təqdim edilməsini məqbul sayır", - BMT-nin Əhali Fondunun məlumatında deyilir.
Bundan başqa, qeyd olunub ki, zorakılıqla bağlı baş verən hadisələr barədə xəbər yazarkən bəzi nüanslara həssas yanaşmaq lazımdır.
Xüsusi olaraq vurğulanıb ki, belə xəbərlərin hazırlanması zamanı təcavüzkarla zorakılığa məruz qalmış qadının toyundan, yaxud da toydan əvvəl və sonra çəkilən foto və ya videolar yayılmamalıdır.