https://sputnik.az/20230616/affa-craiyye-komitesinin-iclasi-kecirilib-455987358.html
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
Sputnik Azərbaycan
Yarı-peşəkar statuslu II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T20:46+0400
2023-06-16T20:46+0400
2023-06-16T21:38+0400
idman
affa icraiyyə komitəsi
affa
iclas
qərar
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_0:155:2001:1280_1920x0_80_0_0_f4d30f474b0b3042c355d359a0046217.jpg
BAKI, 16 iyun - Sputnik. “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib."Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.2023/2024 mövsümündə I Divizionda 10 komanda iştirak edəcək. Bunlar “Şamaxı”, “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İrəvan”, “İmişli”, “Difai Ağsu”, “Araz Saatlı” və “Karvan”dır.Yarı-peşəkar statuslu II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir”, “Kür-Araz” mübarizə aparacaq.Qeyd edək ki, I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.İK Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişiklikləri təsdiq edib.Bundan əlavə, Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılıb.Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmayıb.2023/2024 mövsümünün startınadək 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Yığmanın heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq matçları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün rüsum tələb edilməyəcək.Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunmayacaq.Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş min) manat, 8-12 legioner üçün – 10000 (on min) manat, 13 və daha çox sayda legionerlər üçün – 50000 (əlli min) manat ödəniləcək.Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manatdır.Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA və PFL-ə təqdim olunmalıdır.Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Baş məşqçinin müqavilə müddəti 1+1 illik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_120:0:1827:1280_1920x0_80_0_0_a07c988bb6f5d581ac0e7a59eb8ad4c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
affa icraiyyə komitəsi, affa, iclas, qərar
affa icraiyyə komitəsi, affa, iclas, qərar
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
20:46 16.06.2023 (Yenilənib: 21:38 16.06.2023) Yarı-peşəkar statuslu II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir”, “Kür-Araz” mübarizə aparacaq.
BAKI, 16 iyun - Sputnik. “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
2023/2024 mövsümündə I Divizionda 10 komanda iştirak edəcək. Bunlar “Şamaxı”, “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İrəvan”, “İmişli”, “Difai Ağsu”, “Araz Saatlı” və “Karvan”dır.
Yarı-peşəkar statuslu II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir”, “Kür-Araz” mübarizə aparacaq.
Qeyd edək ki, I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.
İK Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişiklikləri təsdiq edib.
Bundan əlavə, Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılıb.
Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmayıb.
2023/2024 mövsümünün startınadək 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Yığmanın heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq matçları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün rüsum tələb edilməyəcək.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunmayacaq.
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş min) manat, 8-12 legioner üçün – 10000 (on min) manat, 13 və daha çox sayda legionerlər üçün – 50000 (əlli min) manat ödəniləcək.
Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manatdır.
Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA və PFL-ə təqdim olunmalıdır.
Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Baş məşqçinin müqavilə müddəti 1+1 illik.