Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Millətlər Liqası: Niderland millisi Xorvatiya ilə qarşılaşacaq

© AFP 2023 / PAUL ELLISfutbol topu
futbol topu - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
BAKI, 14 iyun — Sputnik. Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək. İlk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qarşılaşmanı rumıniyalı baş hakim İştvan Kovaç idarə edəcək.
Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.
Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0