Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nazirlik: Azərbaycan üçüncü Avropa Oyunlarında 13 idman növündə təmsil olunacaq

© Photo : United World WrestlingGüləçşi
Güləçşi - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
O bildirib ki, Oyunların açılış və bağlanış mərasimi Krakov şəhərində təşkil olunacaq. Yarışda 86 idmançımız medallar uğrunda mübarizə aparacaq.
BAKI, 14 iyun — Sputnik. Azərbaycan üçüncü Avropa Oyunlarında 13 idman növündə təmsil olunacaq. Həmin idman növləri 6 şəhərdə keçiriləcək.
Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iyunun 14-də təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Oyunların açılış və bağlanış mərasimi Krakov şəhərində təşkil olunacaq. Yarışda 86 idmançımız medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Polşada keçiriləcək III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq. Siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb.
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0