https://sputnik.az/20230610/azerbaycan-boksculari-beynelxalq-turniri-10-medalla-basa-vurub-455788839.html
Azərbaycan boksçuları beynəlxalq turniri 10 medalla başa vurub
Azərbaycan boksçuları beynəlxalq turniri 10 medalla başa vurub
Sputnik Azərbaycan
Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T13:22+0400
2023-06-10T13:22+0400
2023-06-10T15:53+0400
idman
boks
boks federasiyası
macarıstan
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:320:3073:2048_1920x0_80_0_0_634c76fa1f23cfc226ba0f41d460d79d.jpg
BAKI, 10 iyun - Sputnik. Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.Federasiyanın yaydığı məlumata görə, Azərbaycan millisi yarışı 4 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.Gənc boksçularımızdan 51 kq çəkidə Sübhan Məmmədov Erik Katona (Slovakiya) ilə üz-üzə gəlib. Rəqibini 5:0 (30:25, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edən yığma üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Məhəmmədəli Aşurəliyev (57 kq) finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz 3-cü raundda tam üstünlüklə qalib gələrək, qızıl medala yiyələnib.75 kq-da Fərhad Şeydayev də turniri qalib kimi başa vurub. O, finalda İstvan Şüslə (Macarıstan) qarşılaşıb və ilk raundda tam üstünlüklə döyüşü aktivinə yazıb.Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Bu boksçulardan öncə Ömər Aslanlı (54 kq) bürünc medala sahib olub.Yeniyetmə boksçularımızdan Banuçiçək Nəsirli (46 kq) də yarışda qızıl medala yiyələnib. O, Silviya Meltzerlə (Rumıniya) final görüşünün ikinci raundunda tam üstünlüklə qələbə qazanaraq, Eqerdə Azərbaycan himnini səsləndirib.Yalnız finalda uduzan Özləm Həsənova (63 kq) yarışı ikinci pillədə başa vurub. Daha öncə isə İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) 3-cü yeri tutub.Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitirib. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:0:2731:2048_1920x0_80_0_0_d41e6ff7b5a5e5da72a0f597419f366f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, boks federasiyası, macarıstan
boks, boks federasiyası, macarıstan
Azərbaycan boksçuları beynəlxalq turniri 10 medalla başa vurub
13:22 10.06.2023 (Yenilənib: 15:53 10.06.2023) Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
BAKI, 10 iyun - Sputnik. Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Federasiyanın yaydığı məlumata görə, Azərbaycan millisi yarışı 4 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Gənc boksçularımızdan 51 kq çəkidə Sübhan Məmmədov Erik Katona (Slovakiya) ilə üz-üzə gəlib. Rəqibini 5:0 (30:25, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edən yığma üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmmədəli Aşurəliyev (57 kq) finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz 3-cü raundda tam üstünlüklə qalib gələrək, qızıl medala yiyələnib.
75 kq-da Fərhad Şeydayev də turniri qalib kimi başa vurub. O, finalda İstvan Şüslə (Macarıstan) qarşılaşıb və ilk raundda tam üstünlüklə döyüşü aktivinə yazıb.
Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Bu boksçulardan öncə Ömər Aslanlı (54 kq) bürünc medala sahib olub.
Yeniyetmə boksçularımızdan Banuçiçək Nəsirli (46 kq) də yarışda qızıl medala yiyələnib. O, Silviya Meltzerlə (Rumıniya) final görüşünün ikinci raundunda tam üstünlüklə qələbə qazanaraq, Eqerdə Azərbaycan himnini səsləndirib.
Yalnız finalda uduzan Özləm Həsənova (63 kq) yarışı ikinci pillədə başa vurub. Daha öncə isə İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) 3-cü yeri tutub.
Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitirib. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.