Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın yeddi boksçusu beynəlxalq turnirdə finala yüksəlib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Bu gün keçiriləcək final döyüşlərində həmçinin Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək
BAKI, 9 iyun — Sputnik. Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Döyüşlərin yekununda Azərbaycan millisinin finalda mübarizə aparacaq idmançılarının sayı 7-yə çatıb.
51 kq çəki dərəcəsində Sübhan Məmmədov yarımfinalda Bertalan Kusa (Macarıstan) qalib gəlib. O, həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək.
Tağı Nəsibov (54 kq) eyni raundda macarıstanlı Matyas Naqi ilə qüvvəsini sınayıb. Boksçu ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, finalda digər macarıstanlı Kozak Kevinlə döyüşəcək.
Məhəmmədəli Aşurəliyev (57 kq) də qızıl medal uğrunda mübarizəni davam etdirəcək. Yarımfinalda Atilla Farkasa 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn yığma üzvü finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda Mirko Meşarosa (Macarıstan) ikinci raundda tam üstünlüklə qalib gəlib. O, çempionluq üçün Levent Olanla (Macarıstan) döyüşəcək.
75 kq-da Fərhad Şeydayev də uğurlu çıxışını davam etdirib. O, yarımfinalda Zolt Nemetdən (Macarıstan) güclü olub. Həmyerlimiz həlledici dueldə İstvan Şüslə (Macarıstan) qarşılaşacaq.
Onlardan fərqli, İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) yarımfinalda məğlub olduqlarından bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün keçiriləcək final döyüşlərində həmçinin Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək. ("Report")
Xəbər lenti
0