Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Üçüncü Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq

© Sputnik / Grigoriy Sysoev / Mediabanka keçidAvropa Oyunlarının medalları
Avropa Oyunlarının medalları - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
BAKI, 7 iyun — Sputnik. Polşada keçiriləcək III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq.
Bu barədə yarışın rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilib ki, siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün bu sayın artacağı gözlənilir.
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
Xəbər lenti
0